Hidrofobluq

HidrofobluqKimyada bir molekulun sudan yayınma xüsusiyyəti.[1]

Bu məqalə kimyəvi xüsusiyyət haqqındadır. Fobiya növü üçün Akvafobiya səhifəsinə baxın.

Hidrofobik molekullar ümumiyyətlə apolyardır və buna görə də onların digər neytral molekullarla və qeyri-polyar həlledicilərlə qarşılıqlı təsiri termodinamik cəhətdən daha sabitdir. Suda hidrofobik molekullar adətən birləşir. Hidrofob səthdə suyun təmas bucağı yüksəkdir. Buna görə də, onların nəmlənmə qabiliyyəti azdır və ya yoxdur.

Hidrofobik molekullara misal olaraq alkanlar və yağlar daxildir.

Hidrofobik materiallardan nefti sudan təmizləməsi, neft dağılmalarını təmizləməsi, qütblü və qütb olmayan maddələri ayırmaq üçün kimyəvi proseslərdən istifadə olunur.

İstinadlar

  1. Liddell, H.G. & Scott, R. (1940). A Greek-English Lexicon. revised and augmented throughout by Sir Henry Stuart Jones. with the assistance of. Roderick McKenzie. Oxford: Clarendon Press.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.