Hidetoşi Tanaka

Hidetoşi Tanaka (田中英壽, Tanaka Hidetoşi, 6 dekabr 1946, Aomori13 yanvar 2024)Nihon Universitetinin şura sədri və həvəskar sumoçu. 2013–2017-ci illərdə Yaponiya Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.[1]

Hidetoşi Tanaka
Doğum tarixi 6 dekabr 1946(1946-12-06)
Doğum yeri
Vəfat tarixi 13 yanvar 2024(2024-01-13) (77 yaşında)
Təhsili
  • Nihon Universiteti[d]
Fəaliyyəti maarifçi

Həyatı

Hidetoşi Tanaka 1946-cı ildə Yaponiyanın Aomori prefekturasında doğulmuşdur.[1] 1965-ci ildə Nihon Universitetində təhsil almağa başlamış və 1969-cu ildə iqtisadiyyat fakültəsindən məzun olduqdan[2] sonra universitetdə işləməyə başlamışdır.[1] 1999-cu ildə Nihon Universitetinin şura üzvü, 2008-ci ildə isə şuranın sədri olmuşdur.[1]

Tanaka həyatının son dövrlərində vergidən yayınma skandalına görə gündəmə gəlmiş, 2021-ci ildə bu səbəbdən saxlanılmışdır. Skandaldan sonra sədr vəzifəsindən istefa etmişdir. Tokio Rayon Məhkəməsi ona bir illik şərti məhkumluq cəzası vermiş və 52 milyon yenlik gəlir vergisindən yayındığına görə 13 milyon cərimə cəzası təyin etmişdir.[1] O, 118,2 milyon yenlik gəliri gizlətməklə ittiham olunmuşdu.[3]

Sumo

Tanaka 1983-cü ildə Nihon Universitetin sumo klubunun direktoru olmuş və bir çox sumoçu yetişdirmişdir.[1] O, Beynəlxalq Sumo Federasiyasının prezidenti, eləcə də, Yaponiya Sumo Assosiasiyasının vitse-prezident, daha sonra prezidenti olmuşdur.[2]

İstinadlar

  1. "Former Nihon University board chairman Hidetoshi Tanaka dies at 77". The Mainichi (ingiliscə). 13 yanvar 2024. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2024.
  2. "理事長 田中 英壽". Nihon Universitetinin saytı (yaponca). 27 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2024.
  3. "Scandal-plagued ex-board head of Nihon University dies at age 77". The Asahi Shimbun (ingiliscə). 14 yanvar 2024. 2024-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2024.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.