Hidayət Əfəndiyev
Əfəndiyev Hidayat Əli oğlu — tənqidçi, ədəbiyyatşünas, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1973).
Hidayət Əfəndiyev | |
---|---|
Hidayat Əli oğlu Əfəndiyev | |
Doğum tarixi | |
Doğum yeri |
Şamaxı, Bakı quberniyası Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Təhsili |
Həyatı
Hidayət Əfəndiyev 1908-ci il avqustun 1-də Bakı quberniyasının Şamaxı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Atası Ağa Əli Naseh öz dövrünün tanmmış şairlərindən idi. Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin yaxın dostu olmuşdur. 6 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində, sonra realnı məktəbin hazırlıq sinfində almışdır. Şamaxıda mart hadisələri (1918) başlar-başlamaz ailəlikcə Gəncəyə köçürlər. Orada gimnaziyanın hazırlıq kursuna daxil olur. Azərbaycanda aprel çevrilişindən sonra yenidən doğma yurda qayıdırlar. 1922-ci ildə onu Bakı müəllimlər seminariyasına ezam edirlər, burada üç il təhsil alır. Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik edir (1925-1927). Bakı məktəblərində işləməklə bərabər, ali pedaqoji institutda təhsilini davam etdirir. Ağdaş rayon maarif şöbəsinə təlimatçı-metodist təyin olunur. 1932-ci ildə Bakıya qayıdır, pedaqoji və ədəbi fəaliyyətə başlayır. Azərbaycan Baş Mətbuat İdarəsində siyasi redaktor (1932-1935), Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda müəllim (1935-1941) işləyir, Sovet Ordusunda kapitan rütbəsində siyasi işçi kimi xidmət edir (1941-1946). 1946-cı ildən ADU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim, dosent olur. "XX əsr Azərbaycan bədii nəsri tarixindən" mövzusunda namizədlik (1953), "Azərbaycan klassik bədii nəsri tarixi (qədim dövrdən 1905-ci ilədək)" mövzusunda doktorluq (1973) dissertasiyası müdafiə etmişdir. "Qafqazın müdafiəsinə görə" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. 1979-cu il aprelin 29-da vəfat etmişdir.
Əsərləri
- Ədəbi oxu kitabı (7-ci sinif üçün). Bakı: Azərnəşr, 1939, 209 səh. (H.Səmədzadə ilə şərikli).
- Ədəbiyyat xrestomatiyası (7-ci sinif üçün). Bakı: Azərnəşr, 1938, 206 səh. (H.Səmədzadə ilə şərikli).
- Ədəbi qiraət (dərslik). Bakı: Azəməşr, 1958, 164 səh.
- Ədəbi qiraət (dərslik). Bakı: Azərnəşr, 1960, 160 səh.
- Ədəbiyyat (dərslik, müntəxabat). Bakı: Maarif, 1961-1967, 144 səh.
- Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr, 1963, 236 səh.
- M.F.Axundov realist satirik nəsrinin davamçıları. Bakı: Azərnəşr, 1974, 172 səh.