Hibrid varlıqlar (folklorda)

Hibrid[1] / dimorf/ polimorf varlıqlar[2][3] — müxtəlif canlıların xüsusiyyətlərini görünüşlərində birləşdirən miflərin, nağılların, əfsanələrin personajlarıdır; antropomorf və zoomorf xüsusiyyətlərin birləşməsi halında onlara yarıinsan[4] deyilir. Demək olar ki, bütün qədim və ənənəvi mədəniyyətlərdə məlumdur. Polimorf obrazlarda, insan fantaziyası, gerçək heyvanların əsas xüsusiyyətlərini birləşdirərək, müxtəlif dərəcədə məşhur olan bir çox uydurma canlılar yaradıb. Bu cür canlıların yaşayış yeri olaraq çox vaxt sivilizasiyanın sonundakı əlçatmaz ərazilər - səhralar, dağların zirvələri, meşələr, dənizlər və s., eləcə də bu xalqın demək olar heç bir əlaqəsinin olmadığı uzaq ölkələr göstərilirdi.

Dur-Şarrukindəki Lamassu — insan başlı qanadlı öküz heykəli. Luvr muzeyində saxlanılır.

Mifologiyada

Yarı insan-yarı heyvan şəkilləri əsasən ibtidai xalqların mədəniyyətində rast gəlinir. Mesopotamiyada çox sayda polimorf heyvanlar yaradılmışdır. Onları yaratmaq üçün əsasən aslanın başından və pəncələrindən, zəhərli ilanların başlarından və ya quyruqlarından, yırtıcı quşların müxtəlif atributlarından istifadə edirdilər.

Mesopotamiya mifologiyasında aslanların yırtıcı quşlar, digər heyvanlar və insanlar olan hibridləri məlumdur: "Babil əjdahaları" Siruşi və ya Muxşuşi, insan başlı qanadlı öküzlər Karubu, qapıları qoruyan şedu (lammassu), savaş tanrısı Ninurta qanadlı aslan kimi təsvir olunur. İkiçayarasında, qanadlı kentavrların şəkilləri də var. İki və dörd ayaqda gəzən polimorf canlılar üçün termin bölgüsü var idi.

Qədim Misirdə insan (bəzən şahin və ya qoç) başı olan aslan - sfinks; timsah, aslan və hipopotamın xüsusiyyətlərini birləşdirən tanrıça (bədheybət) Amatın obrazları meydana gəlib. Misir tanrıları əsasən heyvanların və insanların hibridləri kimi təmsil olunurdu: ibis başı ilə Tot, inək başı ilə Hathor, qoç başları ilə XnumHerişef, timsahın başı ilə Sobek, çaqqal başı ilə Anubis, qartal və ya şahin başı olan Hor. Fironları da insan başı olan heyvanlar (şahin, ilan, aslan) kimi təsvir edilirdilər.

Qədim Yunan mifologiyasında insanların və heyvanların çoxlu hibridləri var idi: at-adamlar kentavrlar; öküz başlı adam Minotavr; keçiyə bənzər canlılar satirlər və silenlər; ilanabənzər nəhənglər, Tifon və Exidna, ilansaçlı Qorqonalar; itbaşlı insanlar; aslan gövdəli, yırtıcı quş başlı (bəzən aslanın başlı), qartal qanadlı və caynaqlı, çox vaxt buynuzlu Qrifonlar; yunanlarda qanadlı olan sfinkslər; aslan, insan və əqrəbin hibridləri - mantikorlar; başı və boynu aslan, keçi bədənli və ilan şəklində quyruğu olan ximeralar; yarı quş-yarı qadın və ya yarı balıq-yarı qadın sirenlər; qanadlı at Peqas. Yunan mifologiyasına görə, varlığın insanla oxşar xüsusiyyətləri nə qədər çoxdursa, insanlara da bir o qədər yaxşı münasibət göstərir. Bir çox yunan obrazı Roma mifologiyasına keçdi və daha sonra bütün Avropaya məlum oldu.

Qərbi Sami mifologiyasında aşağıdakı polimorf varlıqlar var idi: qanadlı kişi və qadın antropomorfik canlılar, şahin və qoç başlı insanabənzər canlılar, sfinkslər, qrifonlər, aslan hibridləri, buynuzlu canlılar.

Hind mifologiyasında fil başı Qaneşa tanrısı var.

Orta əsrlərdə qanadlı yırtıcıların Senmurv, Simurq, Simarql, Saena quşu təsvirləri Yaxın Şərqdə, Qafqazda, Bizansda, Rusiyada, Balkanlarda, Qərbi Avropada yayılmışdır. Bəzən bu obraz balıq quyruğu ilə tamamlanaraq üç elementi birləşdirirdi.

Orta əsrlərdə şeytanı təsvir etmək üçün insan və heyvanların və müxtəlif heyvan növlərinin hibridlərindən istifadə edilirdi: bunlar it, qaban, keçi, dana, meymun, canavar, pişik, ayı, qarğa, çalağan, yarasa və digər heyvanlarla hibrid idi.

Afrikanerlərin folklorunda Qrutslanq Грутсланг (африк. и нидерл. Grootslang — «nəhəng ilan») məlumdur, təsvir üsullarının birində fil və nəhəng ilan hibridini olaraq təqdim edilir.

Həmçinin bax

Xarici keçidlər

Ədəbiyyat

  • Белова О. В. Представление о монстрах-полулюдях в народной традиции славян // Миф в культуре: человек — не-человек. / Ред. Л. А. Софронова, Л. Н. Титова. — М.: Индрик, 2000. — С. 47—57. — ISBN 5-85759-106-6.
  • Белова О. В. Полулюди // Славянские древности: Этнолингвистический словарь : в 5 т. / под общ. ред. Н. И. Толстого; Институт славяноведения РАН. — М. : Межд. отношения, 2009. — Т. 4: П (Переправа через воду) — С (Сито). — С. 156—159. — ISBN 5-7133-0703-4, 978-5-7133-1312-8.
  • Гибриды в мифологии // Гибридные формы в славянских культурах /Институт славяноведения РАН — М., 2014. — 464 с. ISBN 978-5-7576-0326-1
  • Ковригина И. В. Гибридность как свойство демонического (на примере иконографической традиции позднего Средневековья) // Вестник Нижегородского университета им. Н. И. Лобачевского. — 2013. — №. 3-1. — С. 279—285. ISSN 1993—1778
  • Ремпель Л. И. Диморфные существа; Полиморфные существа // Цепь времен. Вековые образы и бродячие сюжеты в традиционном искусстве Средней Азии. — Ташкент: Изд-во литературы и искусства им. Гафура Гуляма, 1987. — 192 с. — 3000 экз.
  • Чекрыжова О. И. Полиморфные образы в древнем и средневековом искусстве // Историко-культурное наследие Северной Азии: итоги и перспективы изучения на рубеже тысячелетий. — Барнаул, 2001. — С. 454—456.
  • Чекрыжова О. И. Полиморфные образы в древнем искусстве Алтая (эпоха раннего железа). Автореферат диссертации на соискание учёной степени кандидата исторических наук. — Барнаул, 2004. — 23 с.
  • Becker V. Rinder, Schweine, Mischwesen. Zoomorphe Funde der westlichen Linearbandkeramik //Zwischen Mosel und Morava. Neue Angaben und Forschungen zur Vor-und Frühgeschichte Mitteleuropas. Hrsg.: R. Gleser. SaStuMA. — 2007. — Т. 11. — С. 9-65. (нем.)
  • Eichler S. Götter, Genien und Mischwesen in der urartäischen Kunst. — D. Reimer, 1984. — Т. 12. (нем.)
  • Ethikrat D. Mensch-Tier-Mischwesen in der Forschung // Eigenverlag, Berlin. — 2011. (нем.)
  • Frey-Anthes H. Mischwesen. Wissenschaftliche Bibellexikon (WiBiLex) (нем.). Deutsche Bibelgesellschaft (08.2007). Дата обращения: 28 декабря 2015. (нем.)
  • Goodnick Westenholz, J. Hybrid Creatures in the Ancient Near East: Their Character and Role // Dragons, Monsters and Fabulous Beasts, 13-16. Jerusalem: Bible Lands Museum. — 2004. (англ.)
  • Hornung E. Komposite Gottheiten in der ägyptischen Ikonographie // Uehlinger C. (Hg.), Images as media. Sources for the cultural history of the Near East and the eastern Mediterranean (1st millennium BCE) (OBO 175), Freiburg (Schweiz) / Göttingen, 1-20. 2000. (нем.)
  • Köhler U. Olmeken und Jaguare Zur Deutung von Mischwesen in der präklassischen Kunst Mesoamerikas //Anthropos. — 1985. — С. 15-52. (нем.)
  • Mode H. Fabeltiere und Dämonen in der Kunst: die fantastische Welt der Mischwesen. — Kohlhammer, 1974. (нем.)
  • Mode H. Fabeltiere und Dämonen. Die phantastische Welt der Mischwesen. — Edition Leipzig, 1983. (нем.)
  • Moraw S. Die Schöne und das Biest: Weibliche Mischwesen in der Spätantike // Mensch und Tier in der Antike. Grenzziehung und Grenzüberschreitung. Wiesbaden: Reichert Verlag. — 1998. — С. 465-79. (нем.)
  • Müller P. Löwen und Mischwesen in der archaischen grieschischen Kunst: eine Untersuchung über ihre Bedeutung. — Juris-Druck und Verlag, 1978. (нем.)
  • Nash H. Judgment of the humanness/animality of mythological hybrid (part-human, part-animal) figures // The Journal of Social Psychology. — 1974. — Т. 92. — №. 1. — P. 91-102. (англ.)
  • Nash H. Human/Animal Body Imagery: Judgment of Mythological Hybrid (Part-Human, Part-Animal) Figures // The Journal of General Psychology. — 1980. — Т. 103. — №. 1. — P. 49-108. (англ.)
  • Nash H. How Preschool Children View Mythological Hybrid Figures: A Study of Human/animal Body Imagery. — University Press of America, 1982. — 214 p. ISBN 0-8191-2324-2, ISBN 978-0-8191-2324-4 (англ.)
  • Nash H., Pieszko H. The multidimensional structure of mythological hybrid (part-human, part-animal) figures // The Journal of General Psychology. — 1982. — Т. 106. — №. 1. — P. 35-55. (англ.)
  • Nash H. The Centaur’s Origin: A Psychological Perspective // The Classical World. — 1984. — P. 273—291. (англ.)
  • Pires B. ANATOMY AND GRAFTS — From Ancient Myths, to Modern Reality [3][4] / Pires M. A., Casal D., Arrobas da Silva F., Ritto I C., Furtado I A., Pais D., Goyri ONeill J E. / Nova Medical School, Universidade Nova de Lisboa, Portuguese Anatomical Society, (AAP/SAP), PORTUGAL. (англ.)
  • Posthumus L. Hybrid monsters in the Classical World: the nature and function of hybrid monsters in Greek mythology, literature and art : дис. — Stellenbosch: University of Stellenbosch, 2011. (англ.)
  • Rennert H., Mode H. Mischwesen und Monstren in der Vorstellungs-und Ausdruckswelt der archaischen und psychotischen Menschen //Nervenarzt. — 1969. — Т. 40. — С. 8-17. (нем.)
  • Unger E. Mischwesen. Vorderasien // Reallexikon der Vorgeschichte. — 1927. — Т. 8. — С. 195—216. (англ.)
  • Wiggermann F. A. M. Mischwesen // Reallexikon der Assyriologie und Vorderasiatischen Archäologie. — 1994. — Т. 8. — С. 222—244. (нем.)
  • Winkler-Horacek L. Mischwesen und Tierfries in der archaischen Vasenmalerei von Korinth //Gegenwelten zu den Kulturen Griechenlands und Roms in der Antike (Munich/Leipzig). — 2000. — С. 217-44. (нем.)

İstinadlar

  1. Гибриды в мифологии // Гибридные формы в славянских культурах / Институт славяноведения РАН. — М., 2014. — 464 с. ISBN 978-5-7576-0326-1
  2. Ремпель, Лазарь Израилевич Диморфные существа; Полиморфные существа // Цепь времен. Вековые образы и бродячие сюжеты в традиционном искусстве Средней Азии. — Ташкент: Изд-во литературы и искусства им. Гафура Гуляма, 1987. — 192 с. — 3000 экз
  3. Чекрыжова О. И. Полиморфные образы в древнем и средневековом искусстве Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // Историко-культурное наследие Северной Азии: итоги и перспективы изучения на рубеже тысячелетий. — Барнаул, 2001. — С. 454–456
  4. Белова, Ольга Владиславовна,Полулюди,том-4,с. 156—159
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.