Heydərzadə Mehmed Paşa

Heydərzadə Mehmed Paşa (ö. sentyabr 1654) — Sultan İbrahimIV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Heydərzadə Mehmed Paşa
ƏvvəlkiƏyyub Paşa
SonrakıNişançı Mustafa Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Silistrə əyaləti, Osmanlı imperiyası

Həyatı

Doğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra yüksələrək ocaq kəndxudası, 1642-ci ilin fevralında sekbanbaşı, 1644-cü ildə isə saray miraxuru təyin edildi. Ardından 5 aprel 1646-cı ildə Misir, 1647-ci ilin avqustunda Hələb, ardından Bağdad bəylərbəyi təyin edilib, 1648-ci ilin iyulunda vəzifədən azad edildi. Həmin ilin dekabrında üçüncü vəzir olaraq divana daxil oldu. Ardından 1650-ci ildə Diyarbəkir, 1651-ci ildə isə yenidən Bağdad bəylərbəyi təyin edildi. Ancaq 1653-cü ildə vəzifədən alındı və paytaxta gələrək burada bir müddət dövlət işlərindən uzaq durdu. Yaşı və dövlət təcrübəsi göz önünə alınaraq 1654-cü ilin mayında sədarət naibi təyin edildi və həmin ilin sentyabrında ordunun gəlişi ilə vəzifədən azad edilərək Silistrə sancaqbəyi oldu. Ancaq Silistrəyə gələr-gəlməz həbs edilərək edam olundu.

Mənbə

  • Sicill-i Osmani IV, səh. 30
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.