Heydərabad (Sədərək)
Heydərabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə.[1]
Qəsəbə | |
Heydərabad | |
---|---|
39°43′25″ şm. e. 44°50′52″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1970 |
Mərkəzin hündürlüyü | 817 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 85 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Statusu
Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Tarixi
Qəsəbə 1970-ci illərdə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə Sədərək kəndindən ayrılmışdır. Bunun nəticəsində qəsəbə müstəqil idarə vahidi halına gəlmişdir. Ermənistanla sərhəddə yerləşdiyinə görə, dəfələrlə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən silahlı hücumlara məruz qalmışdır. 1992-ci ildə artilleriya mərmiləri ilə qəsəbə darmadağın edilmişdir. Bu səbəblə qəsəbə əhalisi məcburi köçkün olmuşdur. Məcburi köçkünlər Sədərək kəndində və Naxçıvanın digər bölgələrində məskunlaşmalı oldular.
1997-ci və 1998-ci illər arasında bərpa edilərək inşaat və yaxşılaşdırma işləri edildi və yeni ofis binaları, ictimai müəssisələr, ticarət mərkəzləri və s. inşa edildi. Ermənilər tərəfindən xaraba halına gətirilən 75 yaşayış binası, Heydər Əliyevin anadan olmasının 75 illiyi ərəfəsində bərpa edilmişdir. Bu səbəbdən yerli əhalinin təşəbbüsü ilə qəsəbənin adı "Heydərabad" olaraq dəyişdirildi.
Burada 35/10 kilovatlıq yarımstansiya quraşdırılmış, Bulaqbaşı kəhrizini qəsəbəyə yönəltmək məqsədiylə nasos stansiyası qurulmuş və elektrik xətti çəkilmişdir.
Qəsəbədə şərab zavodu, orta məktəb, uşaq bağçası, xəstəxana və s. tikililər mövcuddur.
İstinadlar
- Heydərabad // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 228. ISBN 5-8066-1468-9.
- "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.