Heydər Hatəmi

Heydər Hatəmi (3 mart 1945, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — İran azərbaycanlısı olan rəssam. O, öz rəsm əsərlərini miniatür və təzhib kimi klassik şərq üslublarında müasir elementlərlə birgə işləyir.[1][2]

Heydər Hatəmi
Doğum tarixi 3 mart 1945(1945-03-03) (78 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
İxtisası Rəssamheykəltaraş
Təhsili Tehran İncəsənət Universiteti
Fəaliyyəti Rəssamlıq və heykəltaraşlıq
www.haydarhatemi.com

Təhsili

İbtidai və orta təhsilini anadan olduğu Hadişəhrdə almışdır. Orta məktəbi bitirdikdən sonra Təbriz İncəsənət Akademiyasında təhsil almışdır. Sonrakı təhsilini isə Tehran İncəsənət Universitetində almışdır.

Həyatı

1945-ci ildə Araz çayı yaxınlığında və sərhəd regionunda yerləşən Hadişəhrdə anadan olmuşdur. 1983-cü ildə Türkiyəyə köçmüşdür.

Müasir dövrdə ən məşhur İran rəssamlarından və xaricdə fəaliyyət göstərən ən məşhur azərbaycanlılardandır. 1997-ci ildə isə ABŞ-yə köçmüşdür.

1997-ci ildən Qətər kraliyyət ailəsinin saray rəssamıdır. Son saray rəssamlarından hesab edilir.

Gənclik dövrü

Hatəmi 14 yaşından rəssamlıqla məşğul olmağa başlamışdır. Həmin dövrdə o hələ Təbrizdə orta məktəbdə təhsil alırdı. Orta məktəbi bitirdikdən sonra təhsilini Təbriz İncəsənət Akademiyasında davam etdirmişdir. Burada təhsil alarkən təzhib texnikasını Ustad Abduhl Bağıridən öyrənmişdir. Sonrakı təhsilini isə Tehran İncəsənət Akademiyasında davam etdirmişdir. Buradakı müəllimləri Hüseyn Behzad və Əbu Talib Muğimi olmuşdur.[2]

Şah dövrü

Hatəmi hələ ikinci kursda oxuyarkən Beynəlxalq Xərçəng Cəmiyyəti üçün Taxt-e-Tavus medalını dizayn etmiş, bu işinə görə İran Milli Mükafatını qazanmışdır. Mükafatı ona İranın kraliçası Fərəh Pəhləvinin təqdim etməsi isə ona daha da böyük məşhurluq gətirmişdir. O, həmşinin Şahnaz Pəhləviyə İncəsənət Akademiyasında dərs də demişdir. Bundan başqa, Hatəmi, Tehran Universitetində oxuyarkən İsfahan Universiteti emblemi və Şahpur Neft-kimya şirkət emblemi üçün təşkil edilən müsabiqələrdə qalib gəlmiş və İran imperiyasının 2500 illiyi münasibətilə zərb edilən qızıl sikkələrin dizaynını da tərtib etmişdir.

Hatəmi 1972–1978-ci illərdə fəaliyət göstərən Dizayn İncəsənət Mərkəzini qurmuşdur. Bu mərkəzdə fəaliyyət göstərdiyi müddətdə Tehran bələdiyyəsi üçün İsfahanın mərkəzi meydanında olan at üzərindəki Şah Abbas heykəlini, Quşlar heykəlini və Argentina meydannıda Qaya abidələrini dizayn etmişdir.[1]

1979-cu ildən sonra

1979-cu ildəki İran İslam inqilabından sonra yaranan çətinliklərə və qadağalara görə Hatəmi ailəsi ilə birlikdə Türkiyəyə köçdü. İstanbuldaBursada fəaliyyət göstərdi. Dizayn İncəsənət Mərkəzinin işini burada da davam etdirmişdir. O, qəsa müddət ərzində Türkiyə sənət dünyasında Şərq hərəkatını yaratdı. Onun bu dövrdə yaratdığı əsərlər Sabancı kolleksiyasında və digər şəxsi kolleksiyalarda saxlanılır. Türkiyədə bir müddət fəaliyyət göstərdikdən sonra ABŞ-yə köçmüşdür.

Saray rəssamlığı

Qətər kraliyyət ailəsi ilə işləməyə başlaması haqqında özü bunları deyir:[1]

" Qətər kraliyyət ailəsi ilə tanışlığım 1997-ci ildə reallaşmışdır. Mediadan və tanıdıqları sənət qalereya sahibləri vasitəsilə məni tapdılar. İstanbula reallaşdırdıqları səfər zamanı məni qaldıqları otelə dəvət etdilər. Eyni zamanda Qətərdə yeni saray tikilirdi və məndən bu saray üçün incəsənət müşavirliyi etməmi istədilər. Bu vəzifəm bu gün də davam edir. "

Ən məşhur əsəri

Karyerasının ilk dövrlərində Hatəmi təzhiq texnikası və miniatür rəsmləri ilə maraqlanırdı. Onun əsas uğuru Osmanlı imperiyası üslubuna xas olan rəssamlığa meyl etməsi oldu. Onun bu üslubda yaratdığı Peyğəmbərlərin həyatı seriyası şah əsər hesab edilir. Bu əsərin yaradılmasında məqsəd dinlərarası dialoqu gücləndirmək olmuşdur. Əsərin yaradılmasında Quran, İncilTövratdan istifadə edilmişdir. Əsər tənqidçilər tərəfindən çox yüksək qiymətləndirilmişdir.

İstinadlar

  1. "Son saray ressamı". 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
  2. "Heydər Hatəminin rəsmi saytı". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.