Heydər Əsədov
Heydər Xanış oğlu Əsədov (24 oktyabr 1959, Sisian rayonu) — Azərbaycan siyasi xadimi, iqtisadçı, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru (3 aprel 2019-dan), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının ikinci sədri (2007–2013).
Heydər Əsədov | |
---|---|
![]() | |
Vəzifədədir | |
3 aprel 2019-cu ildən | |
Əvvəlki | Çingiz Əliyev |
22 oktyabr 2013 – 21 aprel 2018 | |
Əvvəlki | İsmət Abasov |
Sonrakı | İnam Kərimov |
17 aprel 2007 – 22 oktyabr 2013 | |
Əvvəlki | Namiq Nəsrullayev |
Sonrakı | Vüqar Gülməmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1959 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
![]() ![]() ![]() |
![]() |
Həyatı
Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.
1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.[1].
Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[2]
3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
Ailəlidir. Üç övladı var.
İstinadlar
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
- "H.X.Əsədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.