Heydər Əliyev prospekti
Heydər Əliyev prospekti — Bakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur.
Heydər Əliyev prospekti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Bakı |
Rayon |
Nərimanov Nizami |
Uzunluğu |
|
metro | Koroğlu |
Şərəfinə adlandırılıb | Heydər Əliyev |
Haqqında
Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur.[1]
1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi.[2] 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.[3]
Prospekt boyunca bir neçə yerdə yaşıllıqlar salınmışdır. Prospektin Koroğlu metrostansiyası yaxınlığındakı istirahət parkında quraşdırılan və 30 dekabr 2011-ci il tarixində istifadəyə verilən Musiqili alov fəvvarəsi daha müasirdir. Fəvvarə Bakı Olimpiya Stadionunun və Milli Gimnastika Arenasının yaxınlığında yerləşir.[4]
2010-cu illərdə Heydər Əliyev prospektində Bakının simvollarından birinə çevrilən Heydər Əliyev Mərkəzi kimi böyük ictimai binalar, həmçinin şəhərin ən hündür binalarından biri olan SOCAR Tower, Azersu Office Tower, Atletlər kəndi, Milli Gimnastika Arenası və s kimi binalar ucaldıldı.
Keçidlər və körpülər
Bağırov körpüsü
"Bağırov" körpüsü Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur.[5] Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir.
Kəsişdiyi küçələr
Heydər Əliyev prospekti Yusif Səfərov küçəsindən başlayır və Ziya Bünyadov prospekti ilə kəsişmədə bitir.
|
|
Mühüm ünvanlar
- № 1 — Heydər Əliyev Mərkəzi
- № 58 — Azərbaycan Rəssamlıq Akademiyası
- № 81 — 3 nömrəli Bakı Peşə Liseyi
- № 105 — Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti
- № 106A — Azerfon
- № 108 — Milli Gimnastika Arenası
- № ? — İnter Arena
- № ? — Bakı Olimpiya Stadionu
Prospektin görməli yerləri
Bina | Şəkil | Təsviri |
---|---|---|
Heydər Əliyev Mərkəzi. 2007-ci ildə tikulmiş, 2012-ci ildə açılışı olmuş, Zaha Hadid tərəfindən tikilmiş neo-futuristik mədəniyyət mərkəzi (London Dizayn Muzeyinin ilin dizaynı mükafatı)[6] | ||
Excelsior oteli. 2005-ci ildə açılmışdır; Azərbaycanın ilk beşulduzlu otelidir.[7] | ||
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. 2000-ci ildə yaradılmışdır. Azərbaycanda ilk incəsənət ali təhsil müəssisəsidir. | ||
Stalin arxitekturasına aid yeddimərtəbəli yaşayış binası (“Saat qülləsi”) (Ağa Neymətulla küçəsinin küncü). Memarı E.İsmayılovdur. [8]. Sovet İttifaqı Qəhrəmanı A.Dobkeviç 1985-ci ilə qədər bu evdə yaşayıb.[9]. | ||
Günəş sarayı (keçmiş Qaydar adına Uşaq Kitabxanası, sonralar Aviasiya Mədəniyyət Evi, daha sonra Mədəniyyət, Elm və Texnologiya Sarayı adlanmışdır.) | ||
Bağırov korpüsü. 1950-ci illərində AzSSR Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun göstərişi ilə tikilmiş yerüstü keçid. 2009-cu ildə prospektdə aparılan təmir işləri ilə əlaqədar yenidən qurularaq genişləndirilib. | ||
SOCAR Tower. Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binası. Layihə Heerim Architects & Planners Co-ya məxsusdur. Bina 2015-ci ildə istifadəyə verilib. | ||
Azersu Office Tower. Azərbaycanın milli su ehtiyatları operatoru olan “Azərsu” ASC-nin 22 mərtəbəli baş ofisi 2015-ci ildə istifadəyə verilib. Layihənin müəllifləri Heerim Architects & Planners Co. Ltd-dir. | ||
ASK Arena. 2001-ci ildə tikilmiş futbol stadionu. | ||
SOFAZ Tower. Azərbaycan Dövlət Neft Fondunun 2014-cü ildə tikilmiş binası. Layihənin müəllifləri Inter Art Etudes (Fransa) və M.D.M. MMC-dir. | ||
Atletlər kəndi. Bakıda keçirilən 2015-ci il I Avropa Oyunlarında, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında və “Bakı-2019” XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında iştirak etmiş idman nümayəndə heyətlərinin iqamətgahı üçün nəzərdə tutulmuş yaşayış massivi.[10] | ||
Milli Gimnastika Arenası. 2014-cü ildə tikilmiş arena 9 min tamaşaçı üçün nəzərdə tutulmuşdur. Layihənin müəllifi Brodvey Malyandır. | ||
İstinadlar
- "Mənim küçəm" (az.). http://narimanov-ih.gov.az. Archived from the original on 2022-12-22. İstifadə tarixi: 22 dekabr 2022.
- Проспект Гейдара Алиева капитально реконструирован. «Азертадж». 25 декабря 2008 г.
- Дома на проспекте Гейдара Алиева будут снесены. «Deyerler». 18 февраля 2013 г.
- "Bakı-Alov kompleksi" (az.). panorama.az. 2015. 2014-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
- "Багировский мост. Автор: Дмитрий Купянский". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- Dame Zaha Hadid awarded Riba Gold Medal for architecture Arxivləşdirilib 2017-08-17 at the Wayback Machine. BBC. 24 сентября 2015 г.
- В Баку открыт первый фешенебельный отель Arxivləşdirilib 2005-12-25 at the Wayback Machine. Travel.ru. 4 августа 2005 г.
- Город моей молодости. Эльбай Касимзаде: «…Вижу город, которого нет». 1news.az. 29 августа 2013 г.
- Вячеслав Сапунов. Баку. 5 жилых зданий советской эпохи. 1news.az. 22 февраля 2014 г.
- "Делегации стран, принимающих участие в «Баку-2019», устроили веселье в Деревне атлетов". 1news.az. 1news.az. 21 июля 2019. 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
Xarici keçidlər
- Heydər Əliyev prospekti, Bakü, Azerbaycan
- "Heydər Əliyev prospekti bağlandı" (az.). https://sputnik.az. 13.12.2022 tarixində arxivləşdirilib.