Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" — kitabda Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurları Azərbaycanın dövlətçilik tarixi fonunda araşdırılır.[1]
Heydər Əliyev ideyalarının zəfər yürüşü | |
---|---|
| |
Müəllif | Yaqub Mahmudov |
Janr | siyasi-publisistik |
Mövzu | Heydər Əliyev şəxsiyyəti və Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti |
Orijinalın dili | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Nəşriyyat | "Təhsil" |
Nəşr | 2011 |
Səhifə | 608 |
Növ | kitab |
Tiraj | 500 |
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" monoqrafiyası Müqəddimə, Ön söz, 8 bölmə və Son sözdən ibarətdir.
Bu kitab Əliyevşünaslıqda irəliyə doğru mühüm addımdır.
Ümumi məlumat
Əsərin I bölməsində ən qədim zamanlardan Azərbaycan Respublikasının meydana gəlməsinə (18 oktyabr 1991-ci il) qədərki dövrdə Azərbaycan dövlətçilik tarixinə nəzər salınır.
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" monoqrafiyasının II-VII bölmələri bilavasitə dahi dövlət xadiminin tariximizdəki əvəzsiz rolunun işıqlandırılmasına həsr olunub. Müəllif bu bölmələrdən hər birinə Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu real əks etdirən adlar seçmişdir: "Azərbaycan dövlətçiliyinin xilaskarı" (II bölmə); "Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası" (III bölmə); "Qurtuluş mübarizəsinin qalibi" (IV bölmə); "Yeni Azərbaycan Partiyasının banisi, Yeni Azərbaycanın qurucusu" (V bölmə); "Ata yurdumuzun Atatürkü" (VI bölmə); "Heydər Əliyev — zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" (VII bölmə); "Heydər Əliyev ideyalarının zəfər yürüşü" (VIII bölmə).[1]
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının ən maraqlı bölmələrindən biri "Ata yurdumuzun Atatürkü" adlanan VI bölməsidir. Dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki milli öndərlik fəaliyyətinin, gördüyü böyük quruculuq işlərinin məktəb dərslikləri vasitəsilə gənc nəslə öyrədilməsi kimi çox gərəkli işə ilk dəfə məhz bu kitabın müəllifi - tanınmış tarixçi Yaqub Mahmudov başlamışdır.[1]
"Heydər Əliyev - zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" adlı bölməsində Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə apardığı mübarizəsinin uğurları 2000-ci illərin ilk yarısındakı inkişaf göstəriciləri nümunəsində təhlil olunur, dahi şəxsiyyətin həyatının və fəaliyyətinin sonuncu mərhələsi ayrı-ayrı məqalələrdə araşdırılır.[1]
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabına Yaqub Mahmudovun müxtəlif illərdə nəşr olunmuş məqalələri, həmçinin 2002-ci ildə çapdan çıxmış "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" adlı monoqrafiyasındakı məqalələr də daxil edilmişdir. Əsər Heydər Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiram hissi ilə, həm də çox səmimi, aydın və anlaşıqlı bir dildə yazılmışdır.
Bu kitab rus (2012)[2] və ukrain (2013)[3] dillərində də nəşr olunub.
İstinadlar
- Yaqub Mahmudov. Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı: "Təhsil", 2011. – 608 səh.
- Ягуб Махмудлу. Победное шествие идей Гейдара Алиева. Баку: "Təhsil", 2012. – 680 с.
- Ягуб Магмудов. Переможний хıд ıдей Гейдара Алıэва. Київ: Видавничий дiм Дмитра Бураго, 2013. – 260 с.
Xarici keçidlər
- Heydər Əliyev ideyalarının zəfər yürüşü
- ""Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib" (az.). https://az.trend.az. 15.11.2022 tarixində arxivləşdirilib.
- AZƏRTAC. "Prezident Kitabxanasında "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilmişdir" (az.). https://www.preslib.az. 15.11.2022 tarixində arxivləşdirilib.
- "Heydər Əliyev ideyalarının zəfər yürüşü" (az.). http://web2.anl.az. 16.11.2022 tarixində arxivləşdirilib.