Heydər Əliyev adına bağ (Tbilisi)

Heydər Əliyev adına bağ (gürc. ჰეიდარ ალიევის სახელობის სკვერი) — Tbilisi şəhərində yerləşən skver tipli park. 15 iyun 2004-cü ildə açılmışdı. Bağ Tbilisinin tarixi rayonlarından birində, Abanotubanidə yerləşir.

Heydər Əliyev adına bağ
gürc. ჰეიდარ ალიევის სახელობის სკვერი
Bağın panoramı
Bağın panoramı
Məlumatlar
Parkın tipi skver
Yerləşməsi Tbilisi, Abanotubani
Koordinatları 41°41′20″ şm. e. 44°48′40″ q. u.
Sahəsi 1 ha
Yaradılıb 14 iyun 2004 il
Xəritədə yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bağın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanmış və postamentin hündürlüyü dörd metrdir.[1]

Tarixi

Bağın salınması

2004-cü il iyunun 14-də Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşviliİlham Əliyev ilk ağacları əkməklə. gürcü paytaxtının tarixi mərkəzində bağın əsasını qoydular.[2]

Tbilisi meriyasının məlumatına görə, Heydər Əliyev adına bağın abadlaşdırılması üçün, şəhər büdcəsindən 75000 lari (təxminən, 45 min ABŞ dolları) ayırılıb.

Bağın və Heydər Əliyevin büstünün açılışı

12 may 2007-ci ildə "Caspian Service" şirkəti tərəfindən yenidən qurulmuş parkın və Azərbaycanın üçüncü Prezidentinin büstünün rəsmi açılış mərasimi olmuşdur. Layihənin memarı F. Axundov, heykəltəraşı isə Azərbaycanın xalq rəssamı Natiq Əliyevdi.[3] Açılış mərasimində Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev, hər iki ölkənin Hökumət və Parlament üzvləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Büstün postamentlə birlikdə hündürlüyü dörd metr təşkil edir.[4]

İnfrastruktur

Bağın ümumi sahəsi 1,0 ha təşkil edir. Onun ərazisi çoxlu skamyalarla, əkilmiş tinglərlə, ağaclarla və gül kölları ilə boldur. Həmçinin bağın qulluğunu Azərbaycan Dövlət neft şirkətinin Gürcüstandaki nümayəndəliyi çəkir.[5]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.