Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru.
Heybət Hörmət | |
---|---|
Hörmət Heybət Qüdrət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Şamaxı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Vüqar, Könül, Araz, Günel, Tural və Səhhət. |
Atası | Qüdrət |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Aktyor, rejissor. |
Mükafatları | "Qızıl qələm" mükafatı |
Həyatı
Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995). Bu müddət ərzində, Heybət Hörmət Teatrda aktyor və truppasının müdiri çalışıb. Aktyor kimi də yaddaqalan obrazlar yaradıb. Teatrlarda işlədiyi müddət ərzində 200-dən artıq irili-xırdalı rollar oynayıb. Dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olub. "Azərbaycanfilmin"istehsal etdiyi bir sıra bədii filmlərində çəkilib. Sonuncu çəkildiyi :Fəryad" filmində Levon və "Qəzəlxan" filmində Neftçi rolları olub.1974-cü ilin ən yaxşı gənc aktyoru kimi mükafata layiq görülüb. H. Hörmət M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında aktyor işləməklə yanaşı, öz təşəbbüsü ilə "İşıqçılar" Gənclik Teatrı yaratmış və ona rəhbərlik etməklə bir sıra maraqlı tamaşalara rejissor quruluşu verərək teatr bilicilərinin diqqətini cəlb etmiş və tamaşaçı alqışları qazanmışdır. Bununla yanaşı o neçə-neçə gənc aktyorlar yetişdirmişdir. İlk şeiri 1956-cı ildə Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olunub. Şamaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi məclisinin üzvü olub. 1968–1971-ci illər Qocaman rejissor Ümid İsrafilovun rəbərlik etdiyi Şamaxı Gənclik teatrının ən istedadlı aktyorlarından biri kimi tamaşaçıların rəğbətini qazanıb. 1971-ci- ildən 1989-cu ilə qədər Mingəçevir şəhər "Kür"Ədəbi birliyinin üzvü kimi poeziya yaradıcılığını davam etdirmişdir. Heybət Hörmətin şeir və poemaları respublika mətbuatının demək olar ki, əksəriyyətində çap olunub. Əsərləri müntəzəm olaraq radioda, televiziyada səsləndirilib. Şeir və poemalarına görə bir sıra fəxri-fərmanlara , diplomlara və pul mükafatlarına layiq görülüb. Teatrla yanaşı bir sıra qəzetlərdə müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini işləyib. Hal-hazırda Ümid press və Şapalaq qəzetlərinin təsisçisi və baş redaktorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının, İti qələm Respublika Ədəbi Birliyinin üzvüdür. Eləcə də AYB-nin Şamaxı bölməsinin orqanı olan "Beytüs-Səfa" ədəbi məclisinin üzvüdür. "Qızıl Qələm" Media mükafatı laureatıdır. Heybət Hörmət Bakıda və Şamaxıda yaşayır. Jurnalist kimi Qarabağda döyüş bölgələrindən vaxtaşırı reportajlar hazırlayıb, "Qarabağ" qəzetində və başqa qəzetlərdə çap etdirib. Şairin ortancıl oğlu Araz Hörmət də şairdir. "Şapalaq" adlı satrik şeirlərdən ibarət kitabın müəllifidir. Heybət Hörmətin sayca 45 kitabı var. Şeirlər və poemalar, Romanlar, povestlər, hekayələr, novellalar, pyeslər, mənzum dramlar, oçerklər, felyetonlar, teatr və aktyorlar haqqında resenziyalar, şairlər və onların şeirləri haqqında Poetik düşüncələr, publisistik kitabları.
Heybət Hörmət 2017-ci il 4 Yanvar Şamaxı şəhərində yaşadığı evdə qəflətən rəhmətə gedib
Filmoqrafiya
- Fəryad (film, 1993)-Levon (tammetrajlı bədii film)
- Qəzəlxan (film, 1991) (tammetrajlı bədii film) -Neftçi