Herzi Halevi
Herzi Halevi (ivr. הרצל "הרצי" הלוי; 17 dekabr 1967, Qüds) — İsrail Silahlı Qüvvələrinin General-leytenantı, yəhudiəsilli hərbçi. 2023-cü ilin 16 yanvar tarixindən etibarən İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi vəzifəsinə təyin olunmuşdur.[1]
Herzi Halevi | |
---|---|
ivr. הרצל "הרצי" הלוי | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 dekabr 1967 (56 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | yəhudi |
Həyat yoldaşı | Şaron Halevi |
Uşağı | 4 |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İsrail, İsrail Silahlı Qüvvələri |
Qoşun növü | Paraşütçülər briqadası |
Xidmət illəri | 1985-ci ildən |
Rütbəsi | General-leytenant |
Komandanlıq edib |
|
Vəzifəsi | Baş Qərargah rəisi |
Döyüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
1985-ci ildən etibarən ölkəsinin silahlı qüvvələrində xidmət edən Halevi, əvvəllər Cənub Komandanlığının komandiri, Hərbi Kəşfiyyat İdarəsinin rəisi, 35-ci Paraşütçülər Briqadasının komandiri və İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalı rəhbəri vəzifələrində çalışıb.
Halavi Hərbi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş ilk ortodoks yəhudi kimi tarixə keçib.[2]
Həyatı
Herzi Halevi 1967-ci ilin 17 dekabr tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Atası Şlomo İrqun Dilin Müdafiəsi Batalyonu təşkilatının üzvü olmuş Haim Şalom Halevinin oğlu idi. Ana tərəfdən olan babası Dov Baar Kohen ölkənin baş ravvini kimi xidmət edib.[3] Herzi adı Altıgünlük müharibədə doğumundan bir necə ay əvvəl həlak olmuş əmisinin şərəfinə adlandırılımışdır.[4]
Halevinin anasının mənsub olduğu ailə 14 nəsil Yerusəlim şəhərində yaşamışdır, atasının valideynləri isə Rusiyadan köçmüşdür.[4] Himmelfarb dini liseyində təhsil aldığı müddətdə Tzofim dini missioner cəmiyyətinin üzvü olub. Ailəsi Ortodoks iudaizm inancına mənsub olduğu üçün uşaqlıqdan qatı dini qanunlarla böyüdülüb.
Ailəsi ilə birgə İordan çayının qərb sahilində salınmış Kfar HaOranim adlı yaşayış məntəqəsində yaşayır.[5] Şeron Halevi adlı evli olan Herzinin Klil, Liya, İtay və Yoav adlı dörd övladı var.[4] Özü və ailəsi dindar olan Herzi, ailəsi ilə birgə hər şənbə günü lokal sinaqoqdakı dini ayinlərdə iştirak edirlər. O, fəlsəfə və biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsinə sahibdir.[6] Bakalavr dərəcəsi ilə yanaşı Yerusəlim Yəhudi Universitetində və ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən Milli Müdafiə Universitetində beynəlxalq resursların idarə edilməsi üzrə magistr dərəcəsinə yiyələnib.
Hərbi xidməti
1985-ci ildə İsrail Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılıb. İlk olaraq Paraşütçülər Briqadasında öz istəyi ilə paraşütçü kimi xidmət edib. Əsgər və bölük komandiri kimi icbari həqiqi hərbi xidmətini başa vurub.[7] İcbari həqiqi hərbi xidmətdən sonra Silahlı Qüvvələrdə qalmağa qərar verən Halevi 1987-ci ildə zabit namizədlərinin hazırlanması üçün kursa qatılıb və kursu bitirdikdən sonra piyada zabiti hərbi rütbəsi alıb və taqım komandiri kimi Paraşçütçülər Briqadasına qayıdıb.
Halevi Cənubi Livan münaqişəsi zamanı anti-partizan əməliyyatlarında briqadanın tank əleyhinə kampaniyasına rəhbərlik edib.[8] 1993-cü ildə o, İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkala təyinat alıb və burada rota komandiri kimi xidmət edib. 2000–2005-ci illərdə baş vermiş İkinci İntifadada rota komandiri kimi toqquşmalara qatılıb.[9]
2005-ci ilin 11 sentyabr tarixində Menaşe Regional Briqadasının komandiri təyin edilib. 2007-ci ilin 22 avqust tarixində Paraşütçülər Briqadasının komandiri kimi Qəzzə müharibəsi başda olmaqla bir sıra hərbi əməliyyatlarda iştirak edib. Bu əməliyyatlar zamanı Herzi Halevi İsrail Silahlı Qüvvələrində polkovnik rütbəsi ilə xidmət edirdi.[10]
2009-cu ilin sentyabr ayında Halevi briqada generalı (Tat-Aluf) rütbəsi alıb və Hərbi Kəşfiyyat İdarəsində Əməliyyat Bölməsinin komandiri vəzifəsinə təyin edilib. 2011-ci ilin 11 oktyabr tarixinə qədər bu vəzifədə çalışıb.[9] Həmin ilin 6 noyabr tarixində 91-ci diviziyanın komandiri vəzifəsinə təyin edilib. 2012-ci ildə sözgüdən diviziya onun rəhbərliyi altında Xidmətdə fərqlənən bölmələrə görə Baş Qərargah rəisinin mükafatını qazanıb.[11]
2013-cü ilin noyabr ayına qədər burada çalışdıqdan sonra 2014-cü ildə İsrail Silahlı Qüvvələrinin əsas hərbi məktəblərindən olan İsrail Silahlı Qüvvələrinin Komandanlıq və Qərargah Kollecinin komandiri vəzifəsində çalışıb.[9]
2014-cü ilin sentyabr ayıda general-mayor (Aluf) rütbəsi aldıqdan sonra Hərbi Kəşfiyyat İdarəsinin başçısı vəzifəsinə təyin edilib və 2018-ci ilin mart ayına qədər bu vəzifədə çalışıb.[9] 2018-ci ilin 6 iyun tarixində Qəzza zolağı ətrafında İsrail Silahlı Qüvvələrinin hərəkətinə cavabdehlik daşıyan Cənub Komandanlığının komandiri kimi xidmət edib.[12]
2019-cu ilin noyabrında Qəzzə zolağında yüksək rütbəli fələstinli səhra komandiri Baha Əbu əl-Atanın hədəfə alınaraq öldürülməsi əməliyyatında iştirak edib və Fələstin İslami Cihad təşkilatına qarşı aparılmış Qara Kəmər Əməliyyatında İsrail Silahlı Qüvvələrinin Cənub Komandanlığına rəhbərlik edib.[13]
2021-ci ilin 11 iyul tarixində İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib.[14][15] 2022-ci ilin 4 sentyabr tarixində Müdafiə Naziri Benni Qantz tərəfindən namizədliyi Baş Qərargahı rəisi vəzifəsinə irəli sürülüb.[16] XXXVI İsrail hökuməti tərəfindən 2022-ci ilin 23 oktyabr tarixində İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Rəisi vəzifəsinə təsdiq edilib. 2023-cü ilin 16 yanvar tarixində Baş Qərargah rəisi kimi ilk iş gününə çıxıb və həmin vəzifəni Aviv Koçavidən təhvil alıb.[1]
İstinadlar
- Fabian, Emanuel. "Herzi Halevi becomes IDF's 23rd chief of staff in handover ceremony". The Times of Israel (ingilis). 16 January 2023. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- Goldberg, J.J. "A Kippah on the Head of Israel's Intelligence Chief". The Forward. 8 October 2014. 4 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2015.
- Tidhar, David. אנציקלופדיה לחלוצי הישוב ובוניו, כרך ח (Hebrew). 1957. 3160.
- Rudoren, Jodi. "To a Philosopher-General in Israel, Peace Is the Time to Prepare for War". The New York Times. 15 November 2013. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2019.
- "מלחמות הגנרלים ממודיעין". מודיעין ניוז (ivrit). 17 January 2016. 27 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2022.
- "הניו יורק טיימס מסמן את הרמטכ"ל הבא של ישראל". הארץ (ivrit). 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2022.
- "הניו יורק טיימס מסמן את הרמטכ"ל הבא של ישראל". הארץ (ivrit). 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- Gal Perl Finkel, IDF promotes officers who think outside the box, but still follow the line Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine, The Jerusalem Post, 18 June 2018.
- "נצר למשפחת קוק ו"מצביא מבצעים" בסיירת מטכ"ל: הרמטכ"ל הבא הרצי הלוי | פרופיל". www.maariv.co.il. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- Gal Perl Finkel, A NEW STRATEGY AGAINST ISIS Arxivləşdirilib 2017-03-09 at the Wayback Machine, The Jerusalem Post, 7 March 2017.
- "אתר צה"ל - צבא ההגנה לישראל". 2016-03-04. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- Bachner, Michael. "IDF taps military intel head as new chief of volatile Southern Command". The Times of Israel. 7 June 2018. 16 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2018.
- Gal Perl Finkel IDF chief's promo for Israel's next major war Arxivləşdirilib 2023-05-18 at the Wayback Machine, YnetNews, 26 December 2019.
- "Maj. Gen. Herzi Halevi takes over as IDF's deputy chief of staff". The Times of Israel (ingilis). 11 July 2021. 19 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2021.
- Shoval, Lilach. "'We will continue to build up the IDF's power,' Defense Minister Gantz says". Israel Hayom. 12 July 2021. 23 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2021.
- Fabian, Emanuel. "Herzi Halevi, Kohavi's deputy, named as next IDF chief of staff". The Times of Israel. 4 September 2022. 4 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2022.