Hermiona Qreyncer

Hermiona Ceyn Qreyncer (ing. Hermione Jean Granger; 19 sentyabr 1979[1][2], İngiltərə) — C.K. Roulinq tərəfindən yazılmış Harri Potter ardıcıllığının əsas personajlarından biri. Silsilədəki ilk görünüşü Harri Potter və Fəlsəfə Daşında cadugərlik məktəbinə gələn yeni bir şagird olaraq olmuşdur. İrəliləyən hissələrdə praktik zəkası və ensiklopedik məlumatları ilə Harri Potterin yaxın yoldaşı olmuşdur. Roulinq, Hermionadan daha gənc bir yaşda onun etibarsızlığı ilə ona bənzədiyi və müvəffəqiyyətsizlikdən qorxduğunu ifadə etmişdir

Hermiona Qreyncer
ing. Hermione Granger
Harri Potter obrazı
Emma Uotson tərəfindən Harri Potter filmlərində
yaradılmış Hermiona Qreyncer obrazı
Yaradan Coan Roulinq
Canlandıran Emma Uotson
Məlumat
Cinsi qadın
Peşə Sehrbaz
Ailə Mister və Missis Qreyncerlər- valideynləri
Həyat yoldaşı
Uşaqlar Roza Uizli-Qreyncer
Hüqo Uizli-Qreyncer
Milliyyəti ingilis

Personaj

Hermiona Ceyn Qreyncer 19 sentyabr 1979-cu ildə doğulmuşdur. Maql doğumludur (ing. Muggle-born). HarriRonun ən yaxın dostudur. Qəbul etməsə də Rondan xoşlanmaqdadır. Hoqvarts döyüşündəykən Ron evçinlərini qurtarmaları lazım olduğunu söyləyincə Hermionadan bir öpüş qazanmışdır. Hermiona çox ağıllı və akademik müvəffəqiyyəti yüksək bir şagirddir. Sinif birincisidir. Zəkasıyla və hadisələrdəki bütün detalları tutmasıyla Harriyə çox köməkçi olmuşdur. Atası və anası stomatoloqdur. Crookshanks adında əyri qıçlı bir pişiyi vardır. Patronusu su samurudur (C. K. Roulinqin favorit heyvanı). Binası Qriffindordur. Dambldorun ordusu fikri Hermionadan çıxmışdır. Harrini razı salıb D.O.-yu qurmuşdur. Hermiona Milad balına məşhur Bolqar oyunçu Viktor Kramla getmişdir. Ron onu çox qısqanmışdır. C. K. Roulinq bir reportajında silsiləni ilk yazdığında Hermiona ilə Harrini qapı qonşusu olaraq düşündüyünü, hətta Voldemortun Harrinin anasını və atasını öldürdüyü gecə evin yıxılmasından sonra Hermionanın atası Harrini dağıntıdan çıxarmış, Harri və Hermiona da ilk tanış olduqları zaman bunu xatırlamışlar. Ayrıca C. K. Roulinq, əvvəlcə Hermionanın kiçik bir bacısının olduğunu düşünmüş, amma sonra bundan imtina etmişdir. Hermiona adı yunancadan gəlməkdədir və mənası "dünyəvi"dir. Roulinqə görə Hermiona "Arzu güzgüsü"nə baxınca özünü Harri və Ron ilə birlikdə görür, Voldemortun işi bitmiş və onlar bu işdən sağ-salamat xilas olmuşlar.

Romanlarda

Harri Potter və Fəlsəfə Daşı

Hermiona ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında, Hoqvarts Ekspressdə HarriRonla görüşərkən oxuculara görünür. O, daim öz bilik və bacarığı ilə ətrafındakıları qıcıqlandırır, Harri və Ron isə onun özündən razı olduğunu düşünürlər, xüsusilə Qaldırma Cazibəsi tilsimindən sonra uşaqlar bu qərara gəlirlər.[3] Dağ trollu ilə baş verən hadisədən sonra isə onlar yaxşı dost olurlar.[4] Hermionanın güclü məntiqi uşaqlara Fəlsəfə Daşı ilə bağlı tapmacanı açmağa kömək edir. Qviddiç oyunu zamanı Hermiona Sneypin mantiyasını yandıraraq onun fikrini yayındırmağa çalışır.[5]

Roulinq öz veb saytında bildirir ki, o trolla bağlı səhnənin saxlanılması üçün redaktoru ilə xeyli mübarizə aparmalı olub və qeyd edir ki "Fəlsəfə Daşının başlanğıcında Hermiona həddən artıq qıcıqlandırıcı və uşaqlardan kənar görünürdü, buna görə də mən fikirləşdim ki, onu Ron və Harri ilə yaxınlaşdırmaq üçün nəsə böyük bir şeyə (hərfi mənada böyük) ehtiyac var."[6]

Harri Potter və Sirlər Otağı

"Harri Potter və Sirlər Otağı" romanında Hermiona (Mrs. Uizli və bir neçə Hoqvarts tələbəsi kimi) Qara qüvvələrdən müdafiə fənni üzrə bir çox kitabların müəllifi olan Zlatapust Lokansa heyranlıq bəsləyir. Qriffindor və Slizerin komandaları arasında Qviddiç yarışından sonra Drako Malfoy Hemionanı "mələz" adlandırır. Həmin dövrdə o, bu sözün anlamını bilməsə də sonradan sehrbazlar aləmində bu sözün təhqir kimi işlədildiyini öyrənir. Slizerinin varisi haqqında məlumatı öyrənmək üçün Hermiona Çevrilmə iksiri hazırlayır, lakin, düzgün tükdən istifadə etmədiyinə görə pişiyə çevrilir. Bu vəziyyətdən xilas olması üçün isə bir neçə həftə xəstəxanada keçirməli olur. Kitabxanada uzun müddət axtarışlardan sonra Hermiona Sirlər otağında yaşayan sirli heyvanın qədim bədheybət Vasilisk olduğunu öyrənir və güzgüdə onu gördüyünə görə tilsimlənərək donur. Hermionanın xəstəxanada yatdığı müddətdə onun əldə etdiyi informasiya Harri və Rona Sirlər otağının tapılması və Vasiliskə qalib gəlməyə kömək edir. Harrinin Vasiliski öldürməsindən sonra Hermionanın donu açılır, lakin imtahanların təxirə salındığını öyrəndikdə məyus olur.[7]

Harri Potter və Azkaban Məhbusu

Hermiona Krukşenks adlı pişik alır və bu pişik Ronun siçovulu Skabbersi yeməyə çalışır.[8] Dərslərin başlamasından əvvəl, Hermionanın daha çox dərsdə iştirak etmək arzusunu nəzərə alan Professor MakQonoqal gizlincə ona zaman-çevirici verir. Bu alət vasitəsiylə Hermiona zamanı geri qaytararaq eyni vaxta olan bütün dərslərdə iştirak edə bilirdi. Naməlum bir nəfər Harriyə ən son model Şimşək markalı uçan süpürgə hədiyyə göndərir, lakin, Hermiona bunun tilsimlənmiş təhlükəli süpürgə ola biləcəyini düşündüyünə görə bu haqda Professor MakQonoqala məlumat verir. Bu isə dostlar arasında münasibətlərin pisləşməsinə səbəb olur. Ron isə Hermionanın pişiyi Krukşenksin siçovul Skabbersin yoxa çıxmasında günahı olduğunu deyir, lakin Hermiona buna etiraz edir.

Professor Sneypin Remus Lupini Qara qüvvələrdən müdafiə dərsində əvəz etməsi zamanı Hermiona dostlarına kömək etməyə çalışır, lakin Sneyp onu "bezdirici çoxbilmiş" adlandırır, canavar adamlar haqqında suala sıradan kənar cavab verdiyinə görə isə Qriffindor fakultəsini 10 bal cərimələyir. Hermiona faktları birləşdirərək Lupinin canavar adam olması haqqında sirrin üstünü açır.[9] Hadisələrin sonunda Dambldorun məsləhəti ilə Hermiona Harri ilə birlikdə zaman-çeviricini istifadə edərək Sirius Blek və hippoqrif Bakbeki xilas edir.[9]

Sonrakı taleyi

Hoqvartsı bitirdikdən sonra Harri Potter ilə birlikdə Sehr Nazirliyində işləməyə başlayır.

İstinadlar

  1. http://web.archive.org/web/20080916201222/http://www.jkrowling.com/textonly/en/extrastuff_view.cfm?id=8 (ing.).
  2. http://web.archive.org/web/20120208051252/http://www.jkrowling.com/textonly/en/faq_view.cfm?id=90 (ing.).
  3. Rowling (1997) p. 127/171
  4. Rowling (1997) p. 132/180
  5. Rowling (1997) p. 202/278
  6. Rowling, J.K. "Section:Extra Stuff — Hermione Granger". J.K. Rowling Official Site. 16 September 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2014. (#invalid_param_val)
  7. Rowling (1998) p. 249/340
  8. Rowling (1999) p. 62/78
  9. Rowling (1999) p. 231–317/314–435
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.