Herher

Herherİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2][3]

Kənd
Herher
39°46′24″ şm. e. 45°32′19″ ş. u.
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.680 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 706 nəf. (2011)[1]
Rəsmi dili
Herher xəritədə
Herher
Herher
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Hərhər kimi[4], Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında[5] qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir[6][7][8]. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır[9]. Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir.[10]

Toponimi

Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında[11] formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir[12][13][14]). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs əvəzlənınəsi özünü aydın şəkildə göstərir. Ümumiyyətlə, XVIII əsrə qədər h səsi ilə başlayan sözlər (sual əvəzlikləri) q səsi ilə işlənmişdir[15]. Herher etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı indi Gerger (Gərgər) formasında işlənir. Elə Gərgər qarqar türk etnoniminin səs dəyişməsi əsasında yaranan bir variantıdır. 1728-ci ilə aid mənbədə Dərələyəz nahiyəsində Hərhər kimidir[16] [17]. 1832-ci ildə kənddə gəlmə еrmənilər də yеrləşmişlər. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildə əhali qayıdaraq yеnidən məskunlaşmışdır. Əhalinin bir qismi 1949-cu ildə Azərbaycana köçürülmüş, qalanı isə 1988-ci ildə qovulmuşdur. 1728-ci ilə aid mənbədə Hərhər kimidir[18] [19]. Qarqar еtnoniminin təhrifidir.

Əhalisi

Burada 1831-ci ildə 213 nəfər yalnız azərbaycanlı yaşamışdır[20]. 1850-70-cı illərdə kəndə İranın Salmas vilayətindən köçürülmüş ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1873 - cü ildə 647 nəfər, 1886-cı ildə 656 nəfər, 1897-ci ildə 1047 nəfər, 1914 - cü ildə 1220 nəfər azərbaycanlı yaşamışdır[21]. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq azərbaycanlılar deportasiya olunmuşdnr. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıtmışlar. Burada 1922-ci ildə 156 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 278 nəfər azərbaycanlı yaşamışdır[21]. SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-1953 - cü illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.61
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. c.90
  7. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. c.104
  8. Cборник сведений о Кавказе, т.V, Тифлис, 1879, № 745
  9. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.104
  10. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һерһер // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 256.
  11. 377, s.5
  12. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.77-82;
  13. 172, s.196
  14. Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.183-187
  15. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Bakı Universiteti nəşriyyatı, 1990. s.20
  16. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  17. Армянская география VII века по Р.Х. Спб., 1877.
  18. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  19. Qızılbaşlar tarixi, Bakı, 1995.
  20. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.158
  21. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.