Herbert Huver

Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ — 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933).

Herbert Klark Huver
ing. Herbert Clark Hoover
4 mart 1929 4 mart 1933
Vitse-prezidentÇarlz Körtis
ƏvvəlkiKalvin Kulic
SonrakıFranklin Delano Ruzvelt
Şəxsi məlumatlar
Doğum adı Herbert Clark Hoover
Doğum tarixi
Doğum yeri Vest Branç, Ayova, ABŞ
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Nyu-York, Nyu-York ştatı, ABŞ
Vəfat səbəbi kolorektal xərçəng
Partiya Respublikaçılar partiyası
Təhsili Stenford Universiteti
İxtisası Mühəndis, biznesmen
Fəaliyyəti siyasətçi, mühəndis, yazıçı, mədən mühəndisi, geoloq, iş adamı, dövlət xadimi
Atası Сes Huver
Anası Hulda Mintorn Huver
Həyat yoldaşı Lu Huver
Uşaqları Herbert Klark Huver
Alan Henri Huver
Dini Kvaker

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır.

1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir.

Sonralar ixtisası üzrə AvstraliyadaÇində işləmişdir.

1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur.

1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi. Hamı yaxşı menecer kimi tanınan Huverin prezidentliyindən daha böyük iqtisadi inkişaf gözlədiyi halda 1929-cu ilin oktyabrında Nyu-York Birjasında başlayan geriləmə və bunun ardından başlayan "Böyük Depressiya" ABŞ tarixində ən böyük iqtisadi itkilərlə müşahidə olunmuşdur. Bu proses Herbert Huverin imicinə ciddi zərər vurmaqla yanaşı, həm də 1932-ci il seçkilərində Franklin Delano Ruzveltə uduzması ilə nəticələndi.

Huver 1964-cü il oktyabrın 20-si saat 11:35-də, hakimiyyətdən getdikdən 31 il 7 ay sonra vəfat etmişdir. Bu göstərici ilə o, eks-prezident statusunda ən uzun müddət qalmış ABŞ prezidentidir. Onun üçün rəsmi dəfn mərasimi keçirilmiş və özündən 20 il əvvəl vəfat edən xanımı ilə birlikdə Vest-Brançda (Ayova) dəfn edilmişdir.

Media

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.