Herbert Aaron Hauptman
Herbert Aaron Hauptman (14 fevral 1917[1][2][…], Nyu-York, Nyu-York ştatı[3][4] – 23 oktyabr 2011[5][4][…], Buffalo, Nyu-York ştatı[4][6][…]) — Amerika riyaziyyatçısı, 1985-ci ildə "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" Kimya üzrə Nobel Mükafatı laureatı. mükafatı həmkarı Cerom Karle ilə paylaşdı.
Herbert Aaron Hauptman | |
---|---|
ing. Herbert Aaron Hauptman | |
Doğum tarixi | 14 fevral 1917[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2011[5][4][…] (94 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili | |
Elmi rəhbərləri | Cerom Karle |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1917-ci ilin fevralın 14-də Nyu-Yorkda anadan olmuşdur. 1937-ci ildə Hauptman kolleci bitirərək bakalavr dərəcəsi 1939-cu ildə Kolumbiya universitetini bitirərək riyaziyyat üzrə magistr dərəcəsi almışdır. 1955-ci ildə Merilend universitetində fəlsəfə doktoru dərəcəsi alır. 1969-cu ilə qədər Vaşinqtonda ABŞ-nin hərbi dəniz donanmasının tədqiqat laboratoriyasında işləmişdir. 1970-ci ildən Buffoloda Nyu-York universitetinin professoru, 1972-ci ildən Buffoloda Tibb mərkəzində iş rəhbəri və vitse prezident işləmişdir.
1955-ci ildə onun fəlsəfə doktoru dərəcəsi alması rentgenstruktur analizi üzrə idi və riyaziyyat üzrə verilmişdir.
Hauptman hormonlar, antibiotiklər və vitaminlər kristallarının molekulların fəza strukturunu müəyyən etmək üçün riyazi üsul yaratdı. Fotolent üzərində alınan ləkələrin intensivliyini analiz edərək o, rentgen şüaları dəstəsinin əyilmə bucağını hesablaya bilirdi və bu hesablamalardan tədqiq olunan maddənin molekulyar strukturunun dəqiq şəklini yığa bilirdi.
1950-ci ildə Hauptman öz üsulu haqqında məlumatları çap etdirdikdə az sayda alimlər onun yeni üsulunu layiqincə qiymətləndirə bildilər, əksəriyyəti ilə onu açıq inamsızlıqla qarşıladılar və 15 il ərzində Hauptmanın üsulu istifadəsiz qaldı. 1985-ci ildə Hauptman "Kristalların strukturunun bir başqa təyin olunması üsulunu işlənib hazırlanmasındakı uğurlarına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Nobel mükafatı ilə yanaşı onun bir sıra təltifləri də var:
Amerika tədqiqat cəmiyyətinin mükafatı; Amerika kristalloqrafiya cəmiyyətinin A. Z. Patersonun xatirə mükafatı. O, kristalloqrafiya üzrə ABŞ-nin Milli komitəsinin və Amerika azad tədqiqatlar institutları assosiyasının üzvüdür.
1986-cı ildə Nyu-York universiteti nəzdində Siti kollecin fəxri doktoru dərəcəsinə layiq görülmüşdür.
Hauptmanın yaratdığı üsul kristalloqrafiyada ciddi uğurlara gətirib çıxarmışdır.
Hauptmanın hobbilərindən biri müxtəlif kristallardan başsındıran düzəltməkdir. Alim onları təkcə uğurla yığmır, həm də bir neçə yeni modellər yığmışdır ki, onun adı ilə adlanır.
Sosial fəaliyyəti
- 1992-ci ildə "İnsanlığa Xəbərdarlıq"ı imzaladı[8].
Mükafatları
- 1985-ci il -Kimya üzrə Nobel Mükafatı — "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə"[9]
İstinadlar
- Herbert Aaron Hauptman // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Herbert Aaron Hauptman // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- Herbert Hauptman dies at 94; won Nobel Prize in chemistry (ing.). // Los Angeles Times LA: 2011. ISSN 0458-3035; 2165-1736
- Herbert A. Hauptman // Herbert A. Hauptman (ing.).
- Dr. Herbert Hauptman, Nobel Prize winner, is dead at 94 (ing.). // The Buffalo News Buffalo: 2011. ISSN 0745-2691
- How Did Dr. Herbert Hauptman Contribute to Medicine?. // Medical Daily 2011.
- http://czlonkowie.pan.pl/czlonkowie/sites/WynikiWyszukiwania.html?s=HAUPTMAN,%20Herbert%20A..
- World Scientists' Warning To Humanity (англ.). stanford.edu (18 ноября 1992). Дата обращения: 25 июня 2019. Архивировано из оригинала 6 декабря 1998 года.
- "Arxivlənmiş surət". 2023-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.