Herbert Braun
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[1][2][…], London[3][4] – 19 dekabr 2004[5][1][…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979).
Herbert Braun | |
---|---|
ing. Herbert Charles Brown | |
Doğum adı | Herbert Charles Brown |
Doğum tarixi | 22 may 1912[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 dekabr 2004[5][1][…] (92 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Elm sahəsi | üzvi kimya |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur.
Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir. Bu reaksiyanın stereospesifik hidrogenləşmə üçün istifadə yolunu göstərmişdir. Etilen əlaqəsi üzrə birləşmə reaksiyasını tədqiq edərək müəyyən etmişdir ki, onlarda tetraedrik əlaqəli atomlar iştirak etdikdə keçid kompleksləri δ-elektronlar hesabına yaranır.
Herbert Braun 1953-cü ildə Luisə görə reagentin turşuluğundan asılı olaraq aromatik birləşmələrdə hidrogenin selektiv əvəzolunma qaydasını təklif etmişdir (Braunun selektivlik qaydası).
Braun 1979-cu ildə alman alimi Georq Vittiq ilə birlikdə "Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
- Herbert Charles Brown // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Herbert Charles Brown // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Brewster J. H. Herbert C. Brown — A Biographical Note // Aspects of Mechanism and Organometallic Chemistry. Springer-Verlag New York, 1978. ISBN 978-1-4684-3393-7 doi:10.1007/978-1-4684-3393-7_13
- Hydroboration (ing.). // Prezi 2009.
- Herbert Brown, winner of 1979 Nobel for chemistry, passes (ing.). // USA Today McLean: Gannett, 2004. ed. size: 726906; ed. size: 504000 ISSN 2165-1779