Hepatit C

Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit Ahepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanmaqda idi.

Hepatit C
XBT-10 B, B
XBT-10-KM B19.2, B19.20
XBT-9 ,
XBT-9-KM 070.7[1][2], 070.41[2], 070.54[2]
OMIM 609532
DiseasesDB 5783
MedlinePlus 000284
eMedicine med/993 
MeSH D006526
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Hepatit C infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasientlərin proporsiyası anti–virus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Erkən tibbi müdaxilə faydalıdır, HCV infeksiyası ilə adamlar tez-tez mülayim simptomları yaşayır və buna görə də müalicə haqqında fikirləşmir. Ehtimal olunur ki, dünyada 150–200 milyon adam C Hepatiti ilə yoluxmuşdur.

Hepatit C virusu altı tanınmış hepatit viruslarındandan biridir: A, B, C, D, E, G.

1970-ci illərin ortalarında Səhiyyə İnstitutunun İnfeksion Xəstəliklər Bölməsinin Rəhbəri Harvi J. Alter və onun tədqiqat komandası nümayiş etdi ki, əksər hepatit xəstələrində xəstəlik törədiciləri hepatit A və B deyil. Bu kəşfə, beynəlxalq elmi-tədqiqat işi virusu tanımaq üçün, qeyri A, B hepatiti adlandırdı (NANBH).

2000-ci ildə, həkimlər Alter və Houghton virusun kəşfinə görə "qabaqcıl iş üçün" Klinik Tibbi Tədqiqat Lasker Mükafatı ilə təltif olundu – hansı ki o C hepatitini növlərə ayırmağın metodlarını və virusu aşkara çıxartmışdır. Eyni zamanda ABŞ-də qan köçürmədə virusun yayılmasının 30% qarşısının almışdır.

Qaraciyər sirrozu və qaraciyər xərçəngi hepatit C virusunun təsirindən yarana bilir. Birinci faza 6 ay müddətinə çəkir. 60 – 70% xəstələrdə heç bir simptom müşahidə olunmur. Bəzi hallarda pasiyentlərdə kəskin hepatitə da rast gəlinir. Kəskin hepatit C infeksiyasının simptomlarına iştahanın azalması, yorğunluq, qarın boşluğunda ağrılar, sarılıq və qripə bənzər simptomlar aiddir. Hepatit C virusu adətən ilk 1–3 həftə ərzində qanda tapılır. Anticisimlər qanda 3–12 həftə ərzində tapılır. 15–40% şəxslərdə kəskin fazada qaraciyərin yüksək fəallığı nəti-cəsində bu virusun spontan təmizlənməsi baş verir. 60–85% Hepatit ilə yoluxmuş pasientlər C xroniki hepatitini inkişaf etdirir və infeksiya 6 aydan çox davam edir. Əvvəlki praktikada əgər xəstə öz-özünə təmizlənərdisə müalicə etmək məsləhət görülmürdü. Son tədqiqatlar göstərirki, genotipin kəskin fazasında müalicəyə sərf olunan vaxt 90% hallarda xroniki xəstəlik fazasında sərf olunan vaxtdan 2 dəfə azdır və bu zaman virusun böyük əksəriyyətinin təmizləmək mümkündür. C xroniki hepatiti altı aydan çox davam edən hepatit C virusu infeksiyası kimi müəyyən edilir. Bu əksər halda simptomsuzdur və bu əsasən təsadüfən aşkar edilir.

Xəstəliyin klinikası hər insanda müxtəlif cür olur. Ümumi simptomlara isə yorğunluğu, çəkinin azalmasını, qripə bənzər simptomları, əzələ ağrısını, oynaq ağrı- sını, dayanıqsız aşağı hərarəti, qaşınmanı, həyəcanlanmanı, qarın ağrısını xüsusilə yuxarı sektorda, iştaha dəyişikliklərini, ürək bulanmasını, diareya, mədə pozğunluğu, idrak dəyişiklikləri, depressiya, başağrıları və əhval-ruhiyyənin pozulmasını misal göstərmk olar.

Hepatit virusları xırda (50 nm ölçüdə), RNT tərkibli viruslara aiddir. Bu Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun altı əsas genotipi var – hansı ki rəqəmlə (məsələn, genotip 1, genotip 2 və s.) göstərilir.

Hepatit C ilə yoluxma

Virus qaraciyərdə və qanda tapılar. Əsas yoluxma yolu qanladır. Məsələn, iki adam eyni iynəni istifadə etsələr yoluxma ola bilər. Bunun ən məşhur şəkli narkotik istifadəsidir. Digər bir yoluxma yolu qan nəqlidir. Bir adama, Hepatit C virusu daşıyan bir adamın qanının köçürülməsi kimi. İndiki vaxtda edilən testlər ilə bu artıq tamamilə qeyri-mümkün kimidir. Ancaq, 1990-cı iln əvvəli xəstəlik bilinmədiyindən və diaqnoz testləri olmadığından, bu dövrdə edilən qan köçürmələri risk daşıya bilərdi. Virus tüpürcək, sidik, sperma kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi əlaqə əsnasında bulaşma nadirdir. Bədən mayelərində virus olması üçün bu mayelərə bir şəkildə qan qarışması lazımdır (Məsələn: diş ətində qanama). Virus mensturasiya qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə). Eyni iynə istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu ola bilər. Eyni taraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan ilə təmas etməsi ehtimalı səbəbi ilə yoluxucu ola bilər. Hepatit C əlamətləri ürək bulanması, aşağı səviyyədə tempratur, qarın bölgəsi və qaraciyərin virus olan qisminin zəifliyi və həssaslığı, tədricən görünən sarılıq, qusma və halsızlıq şəklindədir. Bu əlamətlər atipik olduğu qədər, əvvəl də deyildiyi kimi xəstəlik faktorunun alınmasından çox uzun zaman sonra da ortaya çıxa bilir. Cinsi yolla Hepatitin ötürülmə riski cəmi 5%-dir. Hepatit C -də hazırlayıcı faktorlar yəni Hepatit C infeksiyasına uyğun hala gəlməsinə səbəb olan faktorlar aşağıdakılardır.

  • Çox və davamlı heyvani mənşəli zülal və yağ qəbulu,
  • Spirt istifadəsi,
  • Siqaret istifadəsi,
  • Qeyri-kafi tərəvəz və meyvə istehlakı,
  • Qida və fərdi gigiyenaya diqqət edilməməsi. Hepatit C əgər müalicə edilməzsə sirroz, qaraciyər xərçəngi və ölümə səbəb olar.[3]

İstinadlar

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Hepatit xəstəliyi". 2011-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-06.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.