Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.
Hepatit А | |
---|---|
XBT-10 | B- |
XBT-9 | |
DiseasesDB | 5757 |
MedlinePlus | 000278 |
eMedicine | med/991 |
MeSH | D006506 |
Vikianbarda əlaqəli mediafayllar |
Xəstəlikdən qorunma üsulları
Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır.
Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar.
Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.[1]
Mənbə
- "Hepatit xəstəliyi". 2011-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-27.