Henri Kellett

Henri Kellett (ing. Henry Kellett; 2.11.1806–1.3.1875) — Böyük Britaniyalı arktika dənizçisi, vitse-admiral (1868).

Henry Kellett
ing. Henry Kellett
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İrlandiya
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri İrlandiya
Fəaliyyəti tədqiqatçı-səyyah[d], donanma zabiti[d]
Hərbi xidmət
Qoşun növü Krallıq donanması[1]
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Afrikanın qərbində üzən qanunsuz gəmilərin təqiblərinə rəhbərlik etmişdir. Birinci Tiryək müharibəsində gəmi kanitanı olmuşdur.

1848–1850-ci illərdə Çukot dənizi ilə "Herald" (ing. Herald) gəmisində ekspedisiya etmişdir. 1849-cu ildə Herald adasını kəşf etmiş və adlandırmışdır. 1852–1854 illərdə Con Franklinin Kanada Arktik arxipelaqında müəmmalı şəkildə itkin düşməsindən sonra ora təşkil edilən ekspedisiyaya rəhbərlik etmişdir. Bu zaman Şahzadə Patrik, Melvill, Emerald adaları və Fisuilyam, Kellett boğazlarını aşkarlamışdır.

1869–1871 illərdə isə Böyük britaniyanın Çindəki mülklərinə aid donanmaya rəhbərlik etmişdir.

Kellettın adı ilə burun və boğaz adlandırılmışdır. 1988-ci ildə Herald adasına edilən ekspedisiya zamanı burada yerləşən zirvələrdən biri "Kellett dağı" olaraq adlandırılmışdır[2]

İstinadlar

  1. O'Byrne W. R. KELLETT, C.B. (ing.): Captain, 1842.. // A Naval Biographical Dictionary: comprising the life and services of every living officer in Her Majesty's Navy, from the rank of Admiral of the Fleet to that of Lieutenant, inclusive. Compiled from Authentic and Family Documents. London: John Murray, 1849. 1409 p. ed. size: 2000
  2. [Pridatko-Dolin V.] "Herald ili" (pdf) (rus). Mənim Arktikam…My Arctic In Art. 2011-08-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-03-10. (#redundant_parameters); (#bad_paramlink)

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.