Hendrik Averkamp

Hendrik Averkamp (27 yanvar 1585[1][2], Amsterdam, Hollandiya qraflığı15 may 1634[1][2]) — əsasən yağlıboya qış mənzərəsi rəsm əsərləri və suluboya eskizləri ilə tanınmış holland rəssamı.

Hendrik Averkamp
Doğum tarixi 27 yanvar 1585(1585-01-27)[1][2]
Doğum yeri
Vəfat tarixi 15 may 1634(1634-05-15)[1][2] (49 yaşında)
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hendrik Averkamp 27 yanvar 1585-ci ildə Amsterdamda, Nieuwe Kerkə (Yeni kilsə) yaxın yerdə anadan oldu, amma Oude Kerkdə (Qədim kilsə) xaş suyuna salındı. Ailəsi növbəti il Kampen şəhərinə yerləşdi. Atası bu şəhərdə əczaçı idi. Ana tərəfi elm adamları idi. Qardaşlarından biri həkim, biri isə həkim oldu. Avekamp lal idi və buna görə onu "Kampen lalı" adlandırırdılar.

Averkamp Amsterdamda çox əhatəli "manerist" stildə tarixi hadisələrin rəsmlərini, portretlərini və eskizləri hazırlayan danimarka əsilli rəssam Pieter İsaksın (1569–1625) yanında işlədi, amm onun stilini əsərlərinə tədbiq etmədi. Holland rəsssam David Vinkbunsun (1576–1632) da yanında işləmişdir.

XVII əsrlərdə portret çəkmələ məşhurlaşan holland rəssamların ilklərindən biri Hendrik Averkamp idi. Averkamp xüsusilə Hollandiyanın qış mənzərələrini təsvir edərək böyük şöhrət qazanmışdır. Averkampın əsərləri rəngli və həyat doludur. Təbiətlə müxtəlif hərəkət edən insan təsvirləri ustalıqla çəkilmişdir. Əsərlərinin çoxunda donmuş su kanallarının və göllərinin üzərində əylənən insanlar əks olunmuşdu. Averkamp yağlıboya ilə işlədiyi əsərlərdən başqa suluboya işlədiyi eskizləri ilə tanınmışdır. Bu eskizlərin çoxu divara asılmaq üçün hazırlanmışdır

Averkamp 15 may 1634-cü ildə Kampen şəhərində vəfat etmişdir. Məzarı Kampendəki Sent Nikolaaskerk kilsəsinin qəbiristanlığındadır.

Əsərlərinin sərgiləndiyi yerlər

Əsərləri

İstinadlar

  1. Hendrick van Avercamp // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  2. Brozović D., Ladan T. Hendrick Avercamp // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s. ISBN 978-953-6036-31-8

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.