Hempton Kort

Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır.

Hempton Kort
ing. Hampton Court Palace
51°24′12″ şm. e. 0°20′14″ q. u.
Ölkə İngiltərə İngiltərə
Status saray
Şəhər London
Yerləşir Riçmond-apon-Tems rayonu
Layihə müəllifi Tomas Uolsi
Memar Kristofer Ren
Sifarişçi Tomas Uolsi
Tikilmə tarixi 1514-1733
Üslubu barok və qotik üslubu
Sahəsi 60 ha
Material kərpic
Rəsmi sayt www.hrp.org.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir.

Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir.

1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur.

Tarixi

Sarayın qərb və cənub fasadları

Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessansqotik tərzlərdə inşası davam etmişdir. 2002-ci ildə memarlıq üzrə Britaniyalı tarixçi alim Conatan Foyl Uolsinin seçimlərinə tərkibinə saray memarlığını daxil edən kardinallar üçün yardım olan "De Cardinalatu"-nun təsiri böyük olmuşdur. Uolsinin fikirlərinin həyata keçirilməasində bir qrup italyan ustalar çalışmışdır.

1529-cu ildə kardinalın sarayı ilkin memarlıq stili qorunub saxlanılmaqla genişləndirilərək və yenidənqurma işləri aparılaraq VIII Henrinin xidmətinə verilmışdir. 1530-cu illərdə Böyük zal və Kral tennis kortu inşa edilmişdir. 1540-cı ildə ikinci daxili həyətin darvazası diametri 4.6 m olan atstronomik saatla bəzədilmişdir. 1537-ci ildə gələcək kral olan VI Eduardın dünyaya gəlişi zamanı VIII Henrinin üçüncü həyat yoldaşı Ceyn Seymur dünyasını dəyişdi. Növbəti yüzilliklərdə Hempton Kort gələcəkdəki bütün ingilis monarxlarının əsas şəhərdənkənar iqamətgahı sayılmışdır.

1647-ci ilin noyabrdekabr aylarında burada I Karl təcrid edilmişdir. Onun edam edilməsindən sonra saray respublikanın mülkiyyətinə çevrildi. Monarxlığın restavrasiyasından (bərpasından) sonra III Vilhelm və II Marianın burada Versal sarayı timsalında barok tərzdə saray inşa etdirmək qərarına gəlmədən öncə saray bir müddət boş qaldı. Sarayın genişləndirilməsi və tikilib başa çatdırılması işini ingilis memarı Kristofen Ren icra etmişdir. Eyni zamanda sarayın qarşısında Hollandiyadakı Hett Looya bənzər labirintli fransız parkı qurulmuşdur. 1694-cü il II Marianın vəfatından sonra Kralın Hempton Kortun restavrasiya edilməsinə marağı itdi və təmir işləri dayandırıldı. Kral II Georq (1760-cı ildə dünyasını dəyişmişdir) Hempton Kortda yaşamış axırıncı monarx olmuşdur. Onun zamanında da sarayın interyerinin tərtibat işləri davam etmişdir.

XIX əsrin əvvəllərində Hempton Kort getdikcə tənhalaşdı, belə ki, romantizm epoxası zamanı VIII Henrinin yaşadığı otaqlar təmir edilmiş kraliça Viktoriya isə sarayı ziyarət etmək üçün geniş kütləyə açıq elan etmişdir. Həmin vaxtda isə sarayın idarə edilməsi Krallıqdan Böyük Britaniya hökumətinin idarəsinə keçirilmişdir. 1998-ci ildən bəri Hempton Kort "Tarixi Krallıq sarayları" fondunun idarəsinə verilmişdir.[1][2]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Hampton Court: The Lost Palace". 2012-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
  2. "Хэмптон-Корт". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.