Hemolimfa
Hemolimfa (hemo...+ limfa) - açıq qan dövranı sisteminə malik onurğasız heyvanların damarlarında və hüceyrəarası boşluqlarında dövr edən maye. Oksigen və karbon qazını, qida maddələrini və ifrazat məhsullarını nəql edir. Hemolimfa üzvi maddələr, o cümlədən zülallarda, çox vaxt tənəffüs piqmentləri ilə zəngindir. Həmçinin hüceyrə elementləri də Hemolimfanın tərkibinə daxildir.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.