Helen Keller

Helen Keller (ing. Helen Adams Keller; 27 iyun 1880; ABŞ, Alabama, Taskambiya; 1 iyun 1968; ABŞ, Konnentikut, İston) — amerikalı pedaqoq, aktivist, yazıçı, müəlliməictimai xadim. Uşaqlıq dövründən kar-kor və dilsiz olması onu bir çox həmkarından fərqləndirən mühüm xüsusiyyət olub. Maneələrə baxmayaraq, nail olduqları onu əfsanəvi bir şəxsiyyət halına gətirir. Beş dil bilən, üzən, şahmat oynayan Helen Keller yazdığı məqalələr və bir sıra kitablarla özünü əlillərə kömək etməyə həsr edir. Başda Amerika Görmə Əlillər Fondu olmaq üzrə bir çox təşkilatda çalışır və məhz bu səbəbdən dünyanın bir çox yerlərinə səyahət edir.

Helen Keller
Helen Adams Keller
Doğum tarixi
Doğum yeri Alabama, ABŞ
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri ABŞ, Konnektikut, İston
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
Atası Artur Henli Keller
Anası Keyt Adams Keller
Təhsili
Fəaliyyəti yazıçı, orator, esseist, siyasi fəal[d], sindikatçı[d], sülh aktivisti, sufrajist, dilçi, avtobioqraf[d]
Fəaliyyət illəri 1903–1961
Elmi dərəcəsi
Mükafatları "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
Prezident Azadlıq medalı
Prezident Azadlıq medalı
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin qızı olan Helen Keller 1880-ci il iyun ayının 17-də Alabama ştatında Kolbert dairəsinin inzibati mərkəzi olan Taskambiyada sağlam körpə olaraq dünyaya gəlir, lakin 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Helen 6 yaşında olarkən anası Keyt Keller Çarlz Dikkensin "Amerika qeydləri" əsərini oxuyur. Əsərdə kor və kar uşaq olan Lore Bricmen üçün edilənlərdən təsirlənir.

Çox mızmız və çətin uşaq olan Helenin ailəsi çox çətin vəziyyətə düşmüşdü. Bundan sonra Baltimorda bir mütəxəssis həkimlə görüşən Keyt Heller Helenin birdə heç vaxt görməyəcəyi və eşitməyəcəyi xəbərini öyrənir, lakin həkim uşağın təhsil ala biləcəyini, bunun üçün əlil uşaqlarla işləyən mütəxəssislə görüşməklərini məsləhət görür. Beləliklə, Helenin valideynləri Aleksandr Qrem Bell ilə əlaqə saxlayır. Aleksandr Qrem Bell telefonun kəşfindən sonra özünü əlil uşaqları tərbiyə etməyə həsr etmişdi. Bell ailəyə Perkins İnstitutu və Massaçusets Korlar evi ilə görüşərək müəllim tapa biləcəklərini bildirir.

Helen Keller və Enn Sallivan, 1898-ci il

Helenin atası Aleksandr Bellin tövsiyəsilə onu Massaçusets ştatında, Boston şəhərindəki Korlar üçün Perkins məktəbinə yerləşdirir. Beləliklə, onlar əfsanəvi müəllim Enn Sallivanla tanış olurlar. Bu tanışlıq 49 il davam edən əlaqənin başlanğıcı olur. Özü də çox az görmə qabiliyyətinə sahib olan, eyni qurumda təhsil almış Enn Sallivan, Helene yazmağı, oxumağı, danışmağı öyrədir və normal təhsil almasını təmin edir. Enn Sallivanın ona ilk öyrətməyə çalışdığı söz gəlincik (doll) sözü olur. Lakin Helen Keller ilk dəfə olaraq su (water) sözünü başa düşür. Müəllimi Heleni su nasosunun yanına aparır və əlinə su sözünü yazır. Bu ilk sözdən sonra Helen bir neçə saat ərzində daha 30 söz də öyrənir. Yeddi yaşınadək Helen ailə üzvləri ilə ünsiyyət qurmaq üçün altmışdan artıq müxtəlif əl işarəsi düşünür. Perkins İnstitutu Helenin uğurlarını bütün dünyaya çatdıranda Helen Keller bütün dünyada tanınan bir obraza çevrilir. Gənclik illərindən dostu olan Mark Tven onun şöhrəti haqqında belə söyləyib:

" "Sezar, Böyük İsgəndər, Napalyon, Homer, Şekspir və bütün ölümsüzlərlə eyni klubda görüşən insan.

Bundan min il sonra da ən az bugünkü kimi məşhur olmağa davam edəcək."

"

Helen Keller 1890-cı ildən etibarən nitq dərslərinə başlayır, lakin çox çalışması, müxtəlif insanlarla fərqli texnikalar yoxlamasına rəğmən nitqi Enn Sallivan və bir neçə yaxınının başa düşə biləcəyi səslər çıxarmaq səviyyəsinə gələ bilir. Helen təhsilini Massaçusets Korlar məktəbində, Nyu-Yorkda Karlar məktəbində və Massaçusetsdə 1896-cı ildə Enn Sallivanla getdiyi Gənc Xanımlar üçün Kembric məktəbində (Cambridge School for Young Ladies) davam etdirir. Daha sonra 1900-cü ildə hazırda Harvard Universiteti ilə əlaqəli olan Redkliff kolleci adlı ali təhsil müəssisəsində təhsil alır və 1904-cü ildə 24 yaşı olanda həmin kolleci fərqlənmə ilə bitirir. Helen məzun olanda bakalavr dərəcəsi alan ilk kar-kor şəxs ünvanını qazanır. Rəsmi təhsili burada bitmiş olsa da, həyatı boyu bir çox universitetdən fəxri doktorluq dərəcəsi alır.

Helen Keller məzun formasında

Universitetdə təhsil aldığı illərdə Helen öz həyat hekayəsini qələmə alır. Həmin kitabı 1903-cü ildə yayımlayır. "Həyatımın hekayəsi" adlı bu kitab başlanğıcda çox satılmasa da, daha sonra klassik olur. Kitabların ən populyarı olan "Həyatımımn hekayəsi" 50 dilə tərcümə edilir. Helen Keller özü sərbəst yaza bilməsə də 7 kitabın müəllifidir. Müəllim və şagird bu kitabın nəşr olunmasını təmin edən tanınmış sosialist tənqidçi Con Albert Masu ilə çox yaxşı dost olur. Enn 1905-ci ildə Con Albert Masu ilə evlənir və Enn Sallivan adını alır. Lakin bu evlilik müəllim-şagird münasibətlərinə təsir etmir. Helen bundan sonra Masu cütlüyü ilə Massaçusetsdə yaşamağa başlayır. O, bu dövrdə mühitindəki dünyayı necə başa düşdüyünü izah edən "Yaşadığım dünya" adlı əsərini yazır.

Həmin dövrdə Con Masu sayəsində sosialist düşüncə tərzi ilə tanış olan Helen, 1909-cu ildə Massaçusets Sosialist Partiyasına üzv olur. 1913-cü ildə sosializm haqqındakı məqalələrini "Qaranlığın içindən" adlı kitabında toplayır və beləcə siyasi tendensiyası hər kəs tərəfindən öyrənilir. Helen və Enn ömürlərini dünyayı gəzib, söhbət edərək keçirdirlər. Onların təcrübələriinancları haqqındakı söhbətlər kütlələrə çox böyük təsir edirdi. Söhbətlərdə Helenin cümlələrini Enn sözbəsöz açıqlayır və sonra sual-cavab hissəsinə keçilirdi. Dolanışıqlarını bu söhbətlərlə təmin edirdilər, ancaq 1918-ci ildən tələb azalmağa başlayır və onlarda bundan sonra vodevil göstərməyə başlayırlar. Helenin ilk dəfə su sözünü anladığı anı göstərən tamaşa çox diqqət çəkir.

Hollivuddan film çəkmək təklifi gəlincə isə dərhal qəbul edirlər və Helenin həyatından bəhs edən film çəkilir. Lakin Helen çekilən bu filmi heç bəyənmir və film gözlənilən maddi qazancı gətirmir. Helen və Enn vodevil qastrolları ilə həyatlarını qazanmağa davam edirlər. İkili 1918-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Qastrolları davam edən ikili qazandıqları xeyli miqdarda pulu Amerika Görmə Əlilləri Fonduna köçürür. Helen Keller toplanan ianələri əlil insanların ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün sərf edirdi. 1921-ci ildə Helenin anası dünyasını dəyişir və Helenin yanında tək həmdəmi Enn qalır. Lakin Enn həmin il xəstələnir, 1922-ci ildə yaşadığı bronxit üzündən sadəcə pıçıldayaraq danışa bilir. Beləliklə, Helen səhnədə tək qalır. 1914-cü ildə bu ikili ilə birgə katibə olaraq çalışmağa başlayan Polli Tomson Enninin əvəzinə çıxış eləməyə başlayınca bu çətinlik dəf edilir və göstərdikləri tamaşalar ilə yenə fond üçün vəsait təmin edə bilirlər.

Cütlük 1931-ci ildə İngiltərə kralkraliçası ilə tanış olurlar. Bu illərdə Enn Sallivanın səhhəti daha da pisləşir. Enn Sallivan 1914-cü ildən Con Masu ilə ayrı yaşayırdı, lakin 1931-ci ildə Con Masunun ölümü onu daha da sarsıdır və Enn Sallivan 1936-cı ildə vəfat edir. Ennin ölümündən sonra Helen Polli ilə Konnektikut ştatına köçür. İkinci Dünya müharibəsindən sonra Helen və Polli işlərini təkcə amerikalı görmə əngəllilər üçün deyil, həm də bütün dünyadakı görmə əngəllilər üçün davam etdirirlər. Yaponiya, Avstraliya, Güney Amerika, AvropaAfrikaya gedirlər. Evlərində çıxan yanğın nəticəsində Helenin yazmaqda olduğu "Müəllim" adlı son kitabı yanır. Polli Tomson 1957-ci ildə keçirdiyi infarkdan sonra tam sağalmır və 1960-cı ildə vəfat edir. Onun külləri Vaşinqtonda,Enn Sallivanın məzarının yanında basdırılır.

Populyar mədəniyyətdəki yeri

H.Keller "Möcüzə işçi" filmində onun obrazını canlandıran aktrisa Patti Dyuk ilə

Helen Kellerin həyatından bəhs edən bir neçə film çəkilmişdir. Onlardan ən məşhuru "Mənim həyat hekayəm" ("Story of my life") adlanır. "Deliverance" (1919) səssiz filmi buna bir misaldır. Həmçinin 1953-cü ildə Helen Kellerin həyatı haqqında sənədli film çəkilir. "The Unconquered" adıyla çəkilən film daha sonra "Helen Keller in Her Story" adını alır və 1955-ci ildə ən yaxşı tammetrajlı film üzrə "Oskar" mükafatı qazanır. Helen bu filmdən sonra yenidən kitabı "Müəllim" üzərində işləməyə başlayır və 1955-ci ildə nəşr etdirir. "Möcüzə işçi" adlı dram ilk dəfə 1957-ci ildə nümayiş olunur. Uşaq Helenle ünsiyyət qurmağı bacaran Enn Sallivandan bəhs edən bu dram filmi ilk əvvəl ABŞ-də bir televiziya oyunu kimi nümayiş olunur. 1959-cu ildə bir Broadway tamaşası olaraq yenidən yazılır və iki il ərzində diqqət mərkəzində olur. 1962-ci ildə özü haqqında Bioqrafik film olan "The Miracle Workers" çəkilir. Bu filmdə Helen Kellerin "The Story of My Life" əsərindən bəhrələnilir və "The Miracle Continues" bu filmin davamı olaraq çəkilir, Helen Kellerin kollec illərindən və yetkinlik yaşlarının erkən illərindən bəhs edir. Həmin filmdə Heleni və Enni canlandıran aktrisalar "Oskar" mükafatına layiq görülürlər. Sancay Lila Bhansali tərəfindən "Black" (2005) adı ilə çəkilən film də Helen Kellerin həyatından, mübarizəsindən ilhamlanaraq çəkilmişdir. Uğur Yücel tərəfindən 2013-cü ildə çəkilən "Benim dünyam" filmi də "Black"in bir versiyasıdır.

Ölümü

1961-ci ildə ilk infarktı yaşayan Helen ictimai həyatdan uzaqlaşır. İştirak etdiyi son tədbir Vaşinqton DC-dəki Lions tədbiri olur. Vaşinqtona səfərində prezident Kennedi onu Ağ Evdə qonaq qəbul edir. İctimai həyatdan uzaqlaşsa da, Helen Keller unudulmamışdı və 1964-cü il sentyabrın 14-də ABŞ Prezidenti Lindon Conson Helen Kelleri ABŞ-nin ən yüksək iki mülki mükafatından biri olan "Prezident Azadlıq" medalı ilə təltif edir. Helen Keller 1968-ci il iyunun 1-də vəfat etdi. Külləri Enn Sullivan və Polli Tomsonun yanında basdırılan Helen Kellerin adı ölümündən sonra İspaniyanın Xetafe, İsrailin Lod, Portuqaliyanın Lissabon şəhərlərində yerləşən küçələrə verilir.[1]

Qalereya

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.