Hedenbergit
Hedenbergit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Hedenbergit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Strunz təsnifatı | VIII/F.01[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
Manqanhedenbergit (9,5%-dək MnO), xromhedenbergit (3%-dək Cr2O3), ferrihedenbergit (4,2 %-dək Fe2O3).
Xassələri
Rəng – tünd-yaşıldan qaramtıl-yaşıladək; Mineralın cizgisinin rəngi – rəngsizdən yaşılımtıl-bozadək, Parıltı – şüşə, Şəffaflıq – qeyri-şəffaf, Sıxlıq – 3,5-3,6; Sərtlik – 5,5-6; Ayrılma – {110} prizması üzrə 87° bucaq altında aydın; Bölünmə – {100} və {010} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: qısaprizmatik; İkiləşmə – {100} və {001} üzrə; sadə və mürəkkəb; Mineral aqreqatları: radial-şüalı, iri çubuğabənzər.
Mənşəyi və yayılması
Metamorfik dəyişilməyə məruz qalmış, dəmirlə zənginləşmiş çökmə əmələgəlmələrdə yayılmışdır. Mineralın kalsiumlu skarnlarda müşahidə edilən kontakt-metasomatik əmələgəlmələri məlumdur. Maqnetitin kontakt-metasomatik yataqlarının adi mineralıdır, əhəngdaşlarında yerləşən mis-sulfid filizlərində nisbətən az rast gəlir. Bəzən kvarslı siyenitlərdə və qranitlərdə qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: ilvait, maqnetit, pirit, marmatit, fayalit, qranatlar, bəzən epidot, xloritlər və b. Mineralın tapıldığı yerlər: Dalneqorski, Turinski, Kanonski (Rusiya); Lyanqar (Özbəkistan); Nordmak və Lonqban (İsveç). Azərbaycanda Daşkəsən yatağının skarn tipli dəmir filizi cismində və s. qeyd edilir.
Tətbiqi
Hedenbergit, vollastonit və datolitdən təşkil olunmuş zolaqlı və konsentrik-zonal polimineral skarn tipli əmələgəlmələr xırda məmulat hazırlamaq üçün gözəl materialdır.
İstinadlar
- Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.