Hazır ol (film, 1939)
Hazır ol | |
---|---|
Janr |
detektiv macəra |
Rejissor | Mikayıl Mikayılov |
Ssenari müəllifi | Mikayıl Mikayılov |
Baş rollarda |
Mirzə Mustafayev — traktorçu Y.Frik — təxribatçı Fuad Əfəndiyev — cərrah Aleksandr Popov — sərhəd zastavasının rəisi N.Kəsəmənski — sərhədi pozan Məmməd Babayev — ordinator |
Operator | Camal İsmixanov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1939 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 53 dəq. |
Ölkələr | SSRİ |
İl | 1939 |
Texniki məlumatlar |
5 hissə 1465 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
Təxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur.
Film haqqında
- Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir.
- Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır.
- Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir.
- Kinolentin bir parçası Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.
Filmin heyəti
Film üzərində işləyənlər
- Quruluşçu rejissor: Mikayıl Mikayılov
- Ssenari müəllifi: Mikayıl Mikayılov
- Quruluşçu operator: Camal İsmixanov
- Quruluşçu rəssam: Viktor Aden
Rollarda
- Mirzə Mustafayev — traktorçu
- Y.Frik — təxribatçı
- Fuad Əfəndiyev — cərrah
- Aleksandr Popov — sərhəd zastavasının rəisi
- N.Kəsəmənski — sərhədi pozan
- Məmməd Babayev — ordinator
Sponsor
- Azərbaycan Dövlət Qanköçürmə İnstitutu
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32; 95.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.