Hayfon

Hayfon[2][3] və ya Xayfon[4] (vyet. Hải Phòng, IPA: [haːj˧˩ fawŋ͡m˨˩]  ( dinlə)Hayfonq[5]) — Vyetnamda şəhər, ölkənin şimalının ən böyük şəhəri. Xonqxa çayı deltasında, Cənubi Çin dənizinin Bakbo körfəzinə axan Kinhmon çayı üzərində yerləşir. Əhalisinin sayı 1,8 milyon nəfərdir; HoşiminHanoydan sonra ölkədə üçüncüdür. Vyetnamın mərkəzi tabeliyində olan beş şəhərdən biridir.

Hayfon
20°48′ şm. e. 106°40′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.526,52 km²[1]
Mərkəzin hündürlüyü 12 m
Saat qurşağı
  • Hind-Çin vaxtı[d]
Əhalisi
Əhalisi
  • 2.088.020 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +84 225
Digər
haiphong.gov.vn
Hayfon xəritədə
Hayfon
Hayfon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Təməlinin dəqiq vaxtı məlum deyil, lakin Hayfon limanı ən azı bir neçə əsrdir ki, mövcuddur. Vyetnam Fransa tərəfindən müstəmləkə edildikdən sonra bura Fransanın ən mühüm dəniz bazalarından birinə çevrilmiş, "Tonkin Venesiyası" ləqəbini almışdır. İkinci Dünya müharibəsi zamanı Yaponiya tərəfindən işğal olunmuşdur.

1954-cü ilin oktyabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə kommunist Şimali Vyetnamdan Cənubi Vyetnamın paytaxtı Sayqona 293,000 qaçqın evakuasiya edildiyi "Azadlığa reys" əməliyyatının başlanğıc nöqtəsi olmuşdur. 1972-ci ildə Şimali Vyetnamın yeganə böyük limanı olduğu üçün Amerika təyyarələrinin bombardmanı nəticəsində ciddi ziyan görmüşdür.

İqtisadiyyatı

Müharibədən sonra böyük ticarət və sənaye mərkəzi kimi yenidən qurulmuşdur. Balıqçılıq inkişaf etmişdir. Halonq buxtasına gedən turistlər üçün başlanğıc nöqtələrindən biridir.

Müdafiə Nazirliyinin Z189 (189-cu gəmiqayırma şirkəti) tərəfindən idarə olunan dövlət gəmiqayırma zavodu var.

Nəqliyyatı

Hayfon Hanoydan 108 km[6] şimal-şərqdə yerləşir. Onunla dəmiryolu xətti və pullu avtomobil yolu ilə birləşir. Vyetnamda ikinci ən böyük dəniz limanıdır.

İstinadlar

  1. https://www.gso.gov.vn/en/px-web/?pxid=E0201&theme=Population%20and%20Employment.
  2. "Vyetnam Sosialist Respublikası". portal.azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.
  3. Vyetnam Sosialist Respublikası // Coğrafiya ensiklopediyası (az.). II kitab. Çaşıoğlu Multimedia. 2012. səh. 206. ISBN 978-9952-27-317-5.
  4. "MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT - "Şuşaya salam!" V gün". www.azyb.az.
  5. Инструкция по русской передаче географических названий Вьетнама / Сост. Я. А. Миропольский; Ред. Г. Е. Тихонова. — М., 1973. — 63 с. — 350 экз. — С. 19.
  6. Атлас дорог Вьетнама (15000 nüs.). Ханой: Cartographic Publishing House. 2006 [Tập bản đồ Giao thông đường bộ Việt nam]. 121.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.