Haulun yeriyən qəsri (anime, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb.
Haulun yeriyən qəsri | |
Yapon poster | |
Janr |
Fentezi macəra dram məhəbbət |
---|---|
Anime | |
Rejissor | Hayao Miyazaki |
Prodüsser | Toşio Suzuki |
Ssenarist | Hayao Miyazaki, Diana Uinn Cons |
Bəstəkar | Co Hisayşi |
Studiya | Studio Ghibli |
Vaxt | 120 dəqiqə |
Məzmun
Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur. Yolda o turp müqəvva ilə rastlaşır. Müqəvva ona hasa verir və qəribə yeriyən qəsrə çatmağa kömək edir. Sofi “Nənə” qəsrin sahibinin icazəsi olmadan özünü xadimə elan edir. Vaxt keçdikçə o özünə dost tapır – od demonu Kalsifer, Haulun tələbəsi Markl və qəsrin sahibi Haulun özü. Onların hamısı caduya məruz qalıblar. Bu cadunu pozmaq üçün onlar çoxlu sınaqlardan keçməli olacaqlar.
Mükafatlar və nominasiyalar
- 2004 – Venesiya Film Festivalında "Golden Osella" mükafatı
- 2004 – Sicesdə Katalon kinofestivalında ən yaxşı film kimi tamaşaçıların mükafatı
- 2005 - Tokyo TV Anime awards ən yaxşı anime-film mükafatı
- 2006 – MTV Rusiya ən yaxşı anmasiya filmi mükafatı
- 2006 – Oskar mükafatına ən yaxşı animasiya filmi kimi nominasiya ( Hayao Miyazaki )
- 2006 – Saturn mükafatına ən yaxşı animasiya filmi kimi nominasiya
- 2006 – Enni mükafatına üç nominasiya: ən yaxşı animasiya filmi, ən yaxşı rejissura, ən yaxşı ssenarı
- 2006 – Gümuş lent mükafatına xarici filmin ən yaxşı rejissurası kimi nominasiya
- 2007 – Nebula mükafatı ən yaxşi ssenari kimi.
Maraqlı faktlar
- Kristian Beyl “Ruhlarla sovrulanlar” filminə baxandan sonra İngilis versiyasında istənilən rolun səsləndirməsi təklifi ilə dərhal razılaşdı, nəticədə o Haulu səsləndirdi.
- Filmdəki səsləndirmə aktrisa Cin Simmonsun son rolu oldu.
- Film Yaponiyadakı relizdən əvvəl 61-ci Venesiya Film Festivalında göstərildi. Bu festivalı açan ilk yapon animasiyası oldu və “Qızıl Ozella” mükafatını qazandı.
- Çəkilişdən əvvəl animatorlar peyzaj axtarışında Avropaya yola düşdülər və lazımı peyzajları Fransanın Elzas bölgəsində tapdılar. Kolmar şəhəri öz rəngləri və təbiəti ilə animatorlara böyük təəssürat bağışladı. Əsas fon eskizləri bu şəhərin gözəl peyzajları təsiri altında çəkilib.
- Film ümumilikdə 235 milyon dollara yaxın gəlir gətirdi.
Xarici keçidlər
- «Yeriyən qəsr» — Internet Movie Database saytında.
- Yeriyən qəsr AllMovie saytında
- Diana Consun kitabi haqqında Arxivləşdirilib 2008-01-27 at the Wayback Machine (ing.)