Hatra
Hatra (ərəb. الحضر al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır.[1]
Hatra | |
---|---|
ərəb. الحضر | |
![]() | |
35°35′17″ şm. e. 42°43′06″ ş. u. | |
Ölkə |
![]() |
Yerləşir | Ninəvə mühafazası |
Aidiyyatı | Selevkilər imperiyası, Parfiya |
Əsas tarixlər | b.e. 241 - tərk edilib |
Tikilmə tarixi | e.ə. III-II əsrlər |
Sahəsi |
|
Vəziyyəti | naməlum |
Tipi | Mədəni |
Kriteriya | ii,iii,iv,vi |
Təyin edilib | 1985 |
İstinad nöm. | 277 |
Dövlət | İraq |
Region | Ərəb ölkələri |
|
|
![]() |
Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi.
7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.[2]
Qalereya
- Hatra şəhərindən aşkarlanmış Herakl heykəli, b.e. I-II əsrləri, Parfiya dövrü, Tokio Milli Muzeyi
- Hatra xarabalıqları 2008-ci ilin iyulunda
- İlahə Şahironun onun şərəfinə tikilmiş məbədin girişində ucaldılmış heykəli, Parfiya dövrü, foto:2006-cı il
- Hatra şəhər divarının və məbədin qalıqları
- Hatra xarabalıqlarından aşkarlanmış təntənəli keçid qapısı, Berlinə aparılaraq Perqam muzeyində quraşdırılıb
- Hatra xarabalıqlarında qədim məbəd qalıqları (İŞİD tərəfindən dağıdılıb)
- Hatra xarabalıqlarında qədim məbəd qalıqları (İŞİD tərəfindən dağıdılıb)
- 2008-cil il İraq müharibəsi zamanı Hatra xarabalıqlarını ziyarət edən turistlər və onları müşahidə edən ABŞ əsgərləri.
İstinadlar
- Хатра Arxivləşdirilib 2010-03-30 at the Wayback Machine Böyük Sovet Ensiklopediyasında.
- İŞİD daha bir tarixi şəhəri yer üzündən sildi Arxivləşdirilib 2015-03-09 at the Wayback Machine, oxu.az, İstifadə tarixi:8 mart 2015
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.