Hastinqsit

Hastinqsit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Hastinqsit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
NaCa₂(Fe²⁺₄Fe³⁺)(Si₆Al₂)O₂₂(OH)₂[1]
Strunz təsnifatı VIII/F.10[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

FeO:MgO < 0,5 olduqda – maqneziohastinqsit; 0,5–2 – femahastinqsit; > 2 – ferrohastinqsit; daşkəsənit (xlorferrihastinqsit, ~ 7,2 % Cl) – (Na, K) Ca2 Fe32+ Mg Fe3+ (OH,Cl)n [Al2Si6 O24-n].

Xassələri

Rəng – yaşıl, göyümtül-yaşıl, yaşılımtıl-qəhvəyi; qəhvəyi, tünd-göy, qara; Parıltı – şüşə parıltısından yarımmetal parıltısınadək; Sıxlıq – 3,12–3,27; Sərtlik – 5–6; Ayrılma – {110} üzrə mükəmməl, bəzən {010} üzrə; Morfologiya – kristallar: sütun — və iynəvari; İkiləşmə: tez-tez müşahidə olunur; Mineral aqreqatları: dənəvər.

Mənşəyi və yayılması

Nefelinli siyenitlər üçün səciyyəvidir. Həmçinin qranodioritlərdə, kvarsdioritlərdə və dioritlərdə qeyd edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələri skarnlarda bəzən iri yığınlar əmələ gətirir. Mineralın tapıldığı yerlər: Hastinqs dairəsi (Kanada); Kola yarımadası (Rusiya). Daşkəsən rayonunun skarnlarında hastinqsitin Azərbaycandakı eyniadlı məşhur dəmir filizi yatağında tapıldığına görə daşkəsənit adlandırılan növ müxtəlifliyi geniş yayılmışdır.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.