Hasəki Mehmed Paşa
Hasəki Mehmed Paşa (ö. iyun 1661) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Hasəki Mehmed Paşa | |
---|---|
Osmanlı türkcəsi: خاصكى محمد پاشا | |
Əvvəlki | Xədim Əbdürrəhman Paşa |
Sonrakı | Firari Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Hələb əyaləti, Osmanlı imperiyası |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşları |
Gövhərxan Sultan Aişə Sultan |
Həyatı
Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək çuxadar, 1648-ci ildə isə silahdar oldu. 1650-ci ilin iyulunda vəzir rütbəsilə Şam bəylərbəyi, ardından beşinci vəzir olaraq İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. 9 sentyabr 1652-ci ildə Misir bəylərbəyi təyin edildi və 1656-cı ilin mayında vəzifədən alınaraq yenidən Şam bəylərbəyliyinə gətirildi. Ancaq həmin ilin sentyabrında bu vəzifəsindən də azad edilərək bir ay sonra Bağdad, 1659-cu ilin sentyabrında isə Hələb bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən sikkənin dəyərinin azaltması səbəbilə əhali ayaqlandı və 1661-ci ilin iyununda üsyançılar tərəfindən qətlə yetirildi.
O, ilk olaraq IV Muradın qızı Gevherhan Sultanla evləndi. Ölümündən bir neçə il sonra Turhan Sultanın qızı Aişə Sultanla evləndi.
Mənbə
- Sicill-i Osmani IV, səh. 29