Harvard Biznes Məktəbi
Harvard Biznes Məktəbi — Massaçusets ştatının Boston şəhərindəki özəl tədqiqat universiteti olan Harvard Universitetinin magistr biznes məktəbi. O, biznes kitabları, liderlik məqalələri, nümunə araşdırmaları və aylıq akademik biznes jurnalı olan Harvard Business Review-i nəşr edən Harvard Business Publishing-in sahibidir. Burada həm də məktəbin əsas kitabxanası olan Baker Kitabxanası/Bloomberg Mərkəzi yerləşir.
Harvard Biznes Məktəbi | |
---|---|
42°22′02″ şm. e. 71°07′21″ q. u. | |
Əsası qoyulub | 1908 |
Ölkə | |
Sayt | hbs.edu/Pages/default.as… |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Məktəb 1908-ci ildə yaradılmışdır.[1] İlkin olaraq humanitar fakültə tərəfindən yaradılmış, 1910-cu ildə müstəqil status almış və 1913-cü ildə ayrıca inzibati vahidə çevrilmişdir. İlk dekan tarixçi Edvin Frensis Qey (1867-1946) olmuşdur.[2]
İstinadlar
- Baer, Drake; Feloni, Richard. "The 25 Most Successful Harvard Business School Graduates". Business Insider. September 18, 2014. August 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 6, 2016.
- Gras, N. S. B. "Obituary Notice: Edwin Francis Gay". The Economic History Review. 16 (1). 1946: 60–62. doi:10.1111/j.1468-0289.1946.tb00722.x. JSTOR 2590582.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.