Haruun-Kel
Haruun-Kel (ing. Haruun Kal) — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir.[1] Ceday ustası Meys Vindu bu planetdəndir.[2][3] Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır.[4]
Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir.[5] Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır.[6]
İstinadlar
- Pepe Larraz, Joe Caramagna, David Curiel, Mark Brooks (w, a). "Greg Weisman, Jordan D. White" Kanan 9 (16 dekabr 2015), Marvel Comics
- "Mace Windu". Star Wars Databank. 7 iyul 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2022.
- Stover Country, Matthew. Shatterpoint (ingilis). Del Rey & Random House. 2004. ISBN 0-345-45573-8.
- Dickinson, Seth. The Final Order // From a Certain Point of View: The Empire Strikes Back. From a Certain Point of View (ingilis). Del Rey. 2020.
- Herndon, Cory. "Haruun Kal". Wizards of the Coast LLC. Hasbro, Inc. 10 iyul 2003. 3 iyun 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2022.
- "Haruun Kal". Star Wars Databank. 28 mart 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2022.
Xarici keçidlər
- Haruun Kal — Vukipediya saytında.