Harun bəy Sultanov

Harun bəy Sultanovİlisu sultanlarının nəslindən olan görkəmli ziyalı Harun bəy Azərbaycan dilində ilk dərslik olan "Vətən yolu" kitabının müəllifi olmuşdur.[1]

Harun bəy İlisulu
Harun bəy Sultanov
Doğum yeri İlisu, Qax,
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Elm sahəsi Pedaqoq

Həyatı

Harun bəy Qax rayonunun məşhur İlisu kəndində dünyaya gəlmişdir.Həyat və yaradıcılığı hələ indiyə qədər tam öyrənilməsədə,onun çoxsahəli yaradıcıliğının mühüm bir sahəsini məktəb dərslikləri tərtib etmək təşkil edir.

"Vətən yolu" dərsliyi

"Harun bəy İlisulu" imzası ilə 1907-ci ildə Tiflisdə "Qeyrət" mətbəəsində çap olunmuş bu dərsliyin məzmunu,qayəsi və onun müəllifinin açıqfikirli bir ziyalı olması ilk baxışdan diqqəti cəlb edir.[2]

"Vətən yolu" dərsliyi "Bir-iki kəlmə" başlıqlı kiçik müqəddimə ilə açılır. Harun bəy burda gözstərir ki, "İlisu kəndində Yusif Ramazan oğlunun xeyirxahlığı ilə tikilmiş məktəbdə dərs oxumağa bir kitab gərək idi. Və Yusif Ramazan oğlunun köməyi ilə bəndə də bu kitabçanı çıxartdı,"Vətən yolu" işıq gördü. Müqəddimədə kitabın qüsurlarından da bəhs olunur.

"Vətən yolu" dərsliyinin özünəməxsus metodik məzmunu,tərtibi prinsipləri var. Dərslik 92 dərs nümunəsindən ibarətdir.Hər dərsdə əlifba təlimi və onunla əlaqədar mətinlər verilmişdir. Hər dərsin təlim materiallarını,başlıca olaraq,atalar sözü təşkil edir.

Dərsliyin "Bəzi hadisələr" adlı hissəsi də yaxşı düşünülmüş sistemlə,pedaqoji və metodik ardıcıllıqla tərtib edilmiş elmi məzmunlu məlumatlardan ibarətdir.

Həmçinin bax

İstinadlar

  1. İlisu ensiklopedik məlumat kitabı.2005.s.108-109.
  2. "AKİF Aşırlı. Azərbaycan mətbuatı tarixi. (1875-1920) s.60" (PDF). 2014-08-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.