Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir.
Harri Potter və Alov Qədəhi | ||||
---|---|---|---|---|
Növü | film musiqisi | |||
Yayımlanma tarixi | 15 noyabr 2005 | |||
Janr | film musiqisi | |||
Müddət | 75:58 | |||
Leybl | Warner/Sunset | |||
Patrik Doyl albomlarının xronologiyası | ||||
|
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
AllMusic | |
Empire | |
Filmtracks | |
Movie Music UK | |
Movie Wave | |
SoundtrackNet |
Musiqi
Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır.
Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir.[1]
Albom "Billboard 200" hit paradına səkkizinci[2], "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.[3]
Kompozisiyaların siyahısı
Original track list | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | The Story Continues | 1:31 | |||||||
2. | Frank Dies | 2:12 | |||||||
3. | The Quidditch World Cup | 1:52 | |||||||
4. | The Dark Mark | 3:27 | |||||||
5. | Foreign Visitors Arrive | 1:30 | |||||||
6. | The Goblet of Fire | 3:23 | |||||||
7. | Rita Skeeter | 1:42 | |||||||
8. | Sirius Fire | 2:00 | |||||||
9. | Harry Sees Dragons | 1:54 | |||||||
10. | Golden Egg | 6:10 | |||||||
11. | Neville's Waltz | 2:11 | |||||||
12. | Harry in Winter | 2:56 | |||||||
13. | Potter Waltz | 2:19 | |||||||
14. | Underwater Secrets[4][5] | 2:28 | |||||||
15. | The Black Lake | 4:38 | |||||||
16. | Hogwarts' March | 2:47 | |||||||
17. | The Maze | 4:44 | |||||||
18. | Voldemort | 9:39 | |||||||
19. | Death of Cedric | 1:59 | |||||||
20. | Another Year Ends | 2:21 | |||||||
21. | Hogwarts' Hymn | 2:59 | |||||||
22. | Do the Hippogriff[6] | 3:39 | |||||||
23. | This Is the Night[6] | 3:24 | |||||||
24. | Magic Works[6] | 4:02 | |||||||
75:48 |
İstinadlar
- Harry Potter and the Goblet of Fire Arxivləşdirilib 2020-10-25 at the Wayback Machine soundtrack review at Filmtracks.com Arxivləşdirilib 2011-01-27 at the Wayback Machine
- BILLBOARD 200 Arxivləşdirilib 2017-09-29 at the Wayback Machine, December 3, 2005
- Trust, Gary. "Weekly Chart Notes: Rihanna, Gwyneth Paltrow, the Beatles". Billboard. Nielsen Business Media, Inc. 24 November 2010. İstifadə tarixi: 6 noyabr 2017.
- Bu musiqidə Patrik Doylun qızı Abigeyl Doyl su pərilərinin nəğməsini ifa edir.
- Bu musiqiyə filmdə eşidilməyən, lakin kitabda yer almış musiqi sözləri də daxildir.
- 22-24-cü musiqilər Patrik Doyl tərəfindən bəstələnməmişdir. Bal səhnəsində "The Weird Sisters" qrupu tərəfindən ifa edilmiş musiqilərdən "Do the Hippogriff" Carvis Koker və Ceyson Bakl, "This Is the Night" və "Magic Works" isə yalnız Koker tərəfindən bəstələnmişdir.
Harri Potter portalı Musiqi portalı |