Harri Kasparov

Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[3][4][…], Bakı[5]) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002)

Harri Kasparov
rus. Гарри Каспаров
Kasparov 2007-ci ildə
Kasparov 2007-ci ildə
Ölkə SSRİ SSRİ
Rusiya Rusiya
Doğum adı Harri Vaynşteyn
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Təhsili
Yaşadığı yer
Titulu qrosmeyster
Son reytinqi
  • 2.812 (fevral 2021)[2]
Maksimal reytinqi 2851 (1999)
FİDE nömrəsi 4100018
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni SSRİ əməkdar idman ustası
İmza
kasparov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İlk illəri

Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur.

1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır.

Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi.[6]

Şahmatçı karyerası

1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur.

1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.

1981-ci ildə şahmat üzrə SSRİ çempionu adını qazanaraq Sovet şahmat tarixində buna nail olan ən gənc şahmatçı olmuşdur.

1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanmış, bu adı 2000-ci ildə məğlub olduğu Vladimir Kramnikə təhvil vermişdir.

Kasparovun 1999-cu ilin iyulunda FIDE-nin Reytinq siyahısındakı 2851 ELO reytinq balı 1970-ci ildə qəbul olunmuş bu reytinq sisteminin tarixində şahmatçıya verilən ən yüksək baldır.

10 mart 2005-ci ildə bir daha şahmat turnirlərinə qatılmayacağını açıqlamışdır.

Kompüterə qarşı

1996-cı ildə IBM firması tərəfindən yaradılmış "Deep Blue" şahmat proqramı ilə keçirdiyi görüşdə 4:2 hesabı ilə qalib gəlsə də, birinci partiyanı uduzmuşdur. Bununla Kasparov kompüter proqramına partiya uduzan ilk dünya çempionu olmuşdur. 10 fevral 1997-ci ildə isə "Deep Blue"nun təkmilləşdirilmiş versiyası ilə keçirilən matçda 2,5:3,5 hesabı ilə məğlub olaraq kompüter proqramına uduzan ilk dünya çempionu olmuşdur. Oyundan sonra məğlubiyyətinin səbəbini IBM əməkdaşlarının oyun zamanı kompüterə müdaxilə etmələri ilə əlaqələndirərək firmanı fırıldaqçılıqda ittiham etmişdir.

2003-cü ildə "Deep Junior" və "Deep Fritz" proqramlarına qarşı keçirdiyi matçların hər ikisi heç-heçə başa çatmışdır.

Siyasi karyerası

Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" (rus. Объединённый гражданский фронт) sədridir. Rusiya siyasi səhnəsində öz provokativ fəaliyyəti ilə məşhurdur .

Rusiyada 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırsa da özünün dediyinə görə rəhbərlik etdiyi təşkilatın ümumi yığıncağının keçirilməsi üçün icazə verilməyib.

İdman nəticələri

Turnirlər

Mənbə[7].

İlŞəhərTurnir+=NəticəYer
1975VilnüsYeniyetmələr arasında SSRİ çempionatı4239-dan 5½8—10
1976TbilisiYeniyetmələr arasında SSRİ çempionatı5049-dan 71
VatinyiKadetlər arasında dünya çempionatı (18 yaşa qədər)5229-dan 63—6
1977RiqaYeniyetmələr arasında SSRİ çempionatı8019-dan 8½1
Kan-sür-MerKadetlər arasında dünya çempionatı (17 yaşa qədər)2311-dən 73
1978MinskSokolski memorialı112417-dən 131
DauqavpilsSSRİ çempionatı (yarımfinal)61613-dən 91
Tbilisi46-cı SSRİ çempionatı44917-dən 8½9
1979Banya-LukaBeynəlxalq turnir80715-dən 11½1
Minsk47-ci SSRİ çempionatı63817-dən 103—4
1980BakıBeynəlxalq turnir80715-dən 11½1
DortmundGənclər arasında dünya çempionatı (20 yaşa qədər)80513-dən 10½1
1981MoskvaBeynəlxalq turnir31913-dən 7½2—4
TilburqBeynəlxalq turnir33511-dən 5½6—8
Frunze49-cu SSRİ çempionatı102517-dən 12½1—2
BuqoynoBeynəlxalq turnir60713-dən 9½1
1982Moskva12-ci mövsümlərarası turnir70613-dən 101
NikşiçBeynəlxalq turnir91414-dən 111
BrüsselBeynəlxalq turnir61310-dan 7½1
1987BrüsselBeynəlxalq turnir11-dən 8½1—2
1988AmsterdamBeynəlxalq turnir60612-dən 91
BelforBeynəlxalq turnir91515-dən 11½1
Moskva55-ci SSRİ çempionatı601117-dən 11½1—2
ReykyavikBeynəlxalq turnir611015-dən 111
1989BarselonaBeynəlxalq turnir71816-dan 111—2
ŞellefteoBeynəlxalq turnir401115-dən 9½1—2
TilburqBeynəlxalq turnir100414-dən 121
BelqradBeynəlxalq turnir11-dən 9½1
1990LinaresBeynəlxalq turnir61411-dən 81
1991LinaresBeynəlxalq turnir61613-dən 92
AmsterdamBeynəlxalq turnir2079-dan 5½3—4
TilburqBeynəlxalq turnir71614-dən 101
Reco-EmiliyaBeynəlxalq turnir3159-dan 5½2—3
1992LinaresBeynəlxalq turnir70614-dən 101
DortmundBeynəlxalq turnir5229-dan 61—2
1993LinaresBeynəlxalq turnir70613-dən 101
1994AmsterdamBeynəlxalq turnir3126-dan 41
NovqorodBeynəlxalq turnir40610-dan 71—2
XorgenBeynəlxalq turnir60511-dən 8½1
1995RiqaTal memorialı50510-dan 7½1
XorgenBeynəlxalq turnir11810-dan 55
NovqorodBeynəlxalq turnir4059-dan 6½1
1996AmsterdamBeynəlxalq turnir5139-dan 6½1—2
Dos-ErmanasBeynəlxalq turnir3159-dən 5½3—4
Las-PalmasBeynəlxalq turnir30710-dan 6½1
1997LinaresBeynəlxalq turnir71311-dən 8½1
NovqorodBeynəlxalq turnir41510-dan 6½1
TilburqBeynəlxalq turnir61411-dən 81—3
1998Tel-Əvivİsrail yığması ilə yarış8-dən 7
LinaresBeynəlxalq turnir101112-dən 6½3—4
1999Veyk-an-ZeeBeynəlxalq turnir81413-dən 101
LinaresBeynəlxalq turnir70714-dən 10½1
SarayevoBeynəlxalq turnir5049-dan 71
2000Veyk-an-ZeeBeynəlxalq turnir60713-dən 9½1
LinaresBeynəlxalq turnir20810-dan 61
SarayevoBeynəlxalq turnir60511-dən 8½1
2001Veyk-an-ZeeBeynəlxalq turnir50813-dən 91
LinaresBeynəlxalq turnir50510-dan 7½1
AstanaBeynəlxalq turnir40610-dan 71
2002LinaresBeynəlxalq turnir40812-dən 81
2003LinaresBeynəlxalq turnir21912-dən 6½3—4
2004LinaresBeynəlxalq turnir101112-dən 6½2—3
Moskva57-ci Rusiya çempionatı50510-dan 7½1
2005LinaresBeynəlxalq turnir51612-dən 81

Oyunlar

Mənbə[8].

İlŞəhərYarış+=Nəticə
1983MoskvaAleksandr Belyavski ilə iddiaçıların 1/4 oyunu4146:3
LondonViktor Korçnoy ilə iddiaçıların 1/2 oyunu4167:4
1984VilnüsVasili Smıslov ilə dünya çempionatı iddiaçılarının final oyunu4098½:4½
1984/85MoskvaAnatoli Karpov ilə 1984-1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun (yarımçıq qalıb)354023:25
1985HamburqRobert Xübner ilə oyun3034½:1½
BelqradUlf Andersson ilə oyun2044:2
MoskvaAnatoli Karpov ilə 1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun531613:11
XilversyumYan Timman ilə oyun3124:2
1986BazelEntoni Mayls ilə oyun5015½:½
London/LeninqradAnatoli Karpov ilə 1986 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun541512½:11½
1987SevilyaAnatoli Karpov ilə 1987 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun441612:12
1989Nyu-York"Deep Thought" kompyuteri ilə oyun2002:0
1990Nyu-York/LionAnatoli Karpov ilə 1990 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun431712½:11½
1993LondonPŞA versiyası üzrə Naycel Şort ilə 1993 dünya çempionu adı uğrunda oyun611312½:7½
1995LondonPŞA versiyası üzrə Vişvanatan Anand ilə 1995 dünya çempionu adı uğrunda oyun411310½:7½
1996Filadelfiya"Deep Blue" kompyuteri ilə oyun3124:2
1997Nyu-York"Deep Blue" kompyuteri ilə oyun1232½:3½
2000LondonPŞA versiyası üzrə Vladimir Kramnik ilə 2000 dünya çempionu adı uğrunda oyun02136½:8½
2003Nyu-York"Deep Junior" kompyuteri ilə oyun1143:3
Nyu-York"Deep Fritz" kompyuteri ilə oyun1122:2
2009ValensiyaAnatoli Karpov ilə sürətli şahmat və blits oyunu9:3

Şahmat olimpiadaları

Harri Kasparov 4 dəfə SSRİ, 4 dəfə isə Rusiya komandasının heyətində — ümumilikdə 8 dəfə şahmat olimpiadasında iştirak edib. 1980-ci ildəki olimpiadada o ehtiyatda olub, 1982-ci ildə ikinci taxtada — qalan altı olimpiadada isə birinci taxtada oynayıb[7][9].

İlŞəhərOlimpiadanın mömrəsi+=NəticəKomanda nəticəsiŞəxsi nəticə
1980Valletta24-cü olimpiada81312-dən 9½13
1982Lüsern25-ci olimpiada60511-dən 8½13
1986Dubay27-ci olimpiada71311-dən 8½11
1988Saloniki28-ci olimpiada70310-dan 8½11
1992Manila30-cu olimpiada70310-dan 8½11
1994Moskva31-ci olimpiada41510-dan 6½117
1996İrəvan32-ci olimpiada5049-dan 712
2002Bled35-ci olimpiada6039-dan 7½14

İstinadlar

  1. https://www.newyorker.com/magazine/2007/10/01/the-tsars-opponent.
  2. FİDE FIDE Standard Ratings as of 28 February 2021. 2021.
  3. http://www.imdb.com/name/nm0440716/bio.
  4. Garry Kasparov // filmportal.de. 2005.
  5. BNE authority file.
  6. "Gorbachev Is at Fault, Chess Champion Says". Reuters. 15 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2012. 'In any democratic country Gorbachev would have resigned by now, Mr. Kasparov, who fled from Baku last Thursday, told the French television. He is unable to resolve the nationality problem, and should assume responsibility for what has happened, he said. Mr. Kasparov fled from Baku to Moscow on a chartered plane.
  7. Linder İ. M., Linder V. İ.. Harri Kasparov. Həyat və oyun. səh. 507–510.
  8. Linder İ. M., Linder V. İ. Harri Kasparov. Həyat və oyun. səh. 510–511.
  9. "Kasparov, Garry". OlimpBase (ingilis). 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.