Harayçı qu quşu

Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.

Harayçı qu quşu
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Odontoanserae
Klad:
Anserimorphae
Dəstə:
Yarımdəstə:
Anseres
Fəsiləüstü:
Anatoidea
Fəsilə:
Yarımfəsilə:
Anserinae
Cins:
Növ:
Harayçı qu quşu
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  174990
NCBI  219595
EOL  45510546
FW  369505

Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir.

Statusu

Adi saylıdır.

Qısa təsviri

Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır. Dimdiyinin sarı hissəsi üçbucaq formalı qara rəngə daxil olur; qara və sarı rənglərin birləşməsi iti bucaq əmələ gətirir. Cavan quşun dimdiyi çəhrayıdır, yalnız ucu qaradır.

Yayılması

Reproduktiv arealı AvropaAsiyada yerləşib. Azərbaycana qışlamaq üçün gəlir və buradan keçən miqrant populyasiyası da var. Əsas qışlama yeri Xəzər dənizi və düzənlik rayonlarda olan böyük hövzələrdir. Adətən dekabr ayında gəlir, fevralda-martda reproduksiya yerinə (vətəninə) qayıdır. Amma qalın qarlı-şaxtalı illərdə ləngiyib aprel ayına qədər qalır, hətta populyasiyasının müəyyən qədəri qırılır.

Yaşayış yeri və həyat tərzi

Ruhani mədəniyyətli yerli əhali qulələk cinsinə (Cygnus) "Məlakə" adı verib. Azərbaycanda tək-tək ovçulardan savayı heç kim bu quşa atəş açmır. Ona görə də populyasiyanın sıxlığı dinamik-stabil qalır.

Məhdudlaşdırıcı amillər

Qışın uzun müddət qarlı-şaxtalı keçməsi, Rusiyada daha çox sərt olması.

Əhali üçün əhəmiyyəti

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxildir. Şirvan, Ağgöl və Abşeron milli parklarında, Qızılağac Dövlət Təbiət Qoruğunda nəzarət altında saxlanılır.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Ekoloji qanunçuluğa tam riayət olunması, qış sərt keçən vaxtlarda əsas qışlaq yerlərində əlavə yemləndirilməsi.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.