Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi.[2]
Harar | |||
---|---|---|---|
|
|||
9°18′40″ şm. e. 42°07′40″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Mərkəzin hündürlüyü | 1.885 ± 1 m | ||
Əhalisi | |||
Əhalisi |
|
||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.[2]
Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir.[2]
Cuqol
Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.[2]
2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.[2]
300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir.[2]
Turizm
Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.[2]
İstinadlar
- http://www.citypopulation.de/Ethiopia.html.
- C.Nəzərov. "Müsəlmanlardan başqa heç kəs 300 il ərzində bu şəhərə daxil ola bilməyib" (az.). salamnews.org. 02 may 2015. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.