Harami yaylaqları

Harami yaylaqlarıErmənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib.[1]

Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər.

Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər.[2][qeyd 1] Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.

Qeydlər

  1. Mötərizə içərisində göstərilən adlar həmin kəndlərin Səməd Qarayevin «Qazangöl həsrəti» kitabında adlandırılma şəklidir.

İstinadlar

  1. Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan nəşriyyatı", 2002. səh. 17. (az.)
  2. Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan nəşriyyatı", 2002. səh. 18. (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.