Haqqıxlı
Haqqıxlı (1978-ci ildən Səməd Vurğun, 1991-ci ildən Hovk) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Hovk.[2]
Haqqıxlı | |
---|---|
40°47′28″ şm. e. 45°01′21″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.190 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Haqqıxlı Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Ağstafa çayı dərəsinin sol yamacında, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 463, 1931-ci ildə 412 nəfər olub. Əhali 1988-ci il faciəli olaylar zamanı kənddən bütünlüklə qovulub.
Tarixi
Haqqıxlı kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Kənddə soyqırım
Haqqıxlı – 1919-cu il. 540 nəfər yaşamışdır. Andranikin quldur dəstəsi camaatı sülh adıyla evlərə toplamış, qapıları baglayandan sonra evlərə od vermişıər. Qaçıb aradan çıxmaq istəyənlər tüfəng ilə nişan alınmış, qılıncla dogranmışlar. Bir gecədə 158 nəfər adam amansızlıqla məhv edilmişdir. 1922-ci ildə salamat qurtaranlardan bir qismi kəndə dönmüş. 1988-ci ildə kənddə yaşayan insanlar yenidən erməni təcavüzünün qurbanı olmuşlar. Kənd erməniləşdirilmişdir.
Haqqıxlı kəndində doğulmuş, geologiya-minerologiya elmləri namizədi Vaqif Tanrıverdi oğlu Həsənovun əlavəsi:
1919-cu ildə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) Andronikin böyük silah arsenalına malik quldur dəstəsi azəri türkləri yaşayan kəndlərə, o cümlədən Qaraqoyunlu dərəsində 13 , Dilcan dərəsində isə yeganə Haqqıxlı kəndinə soxulmağa başladı. Kəndlərin hamısında yaranmaış dəstələr bir müddət Andronikin quldurlarına qarşı müqavimət göstərə bilirdi. Lakin silahı yalnız və məhdud miqdarda "dayandoldurum" tüfəngindən ibarət olan adamlar Andronikin güclü silahlara malik ordusuna qarşı nə qədər tab gətirə bilərdi? Odur ki, əhali bütün varidatını qoyub Azərbaycana (Qazaxa, Tovuza və s.) qaçırdı. Haqqıxlı kəndi Dilcan dərəsində Qazaxa tərəf ən axırıncı kənd idi. Kəndin hörmətli ağsaqqalları qonşu erməni kəndi Çarxaç kəndinin sözu keçən adamları ilə razılaşmıdılar ki, Andronikdən Haqqıxlını onlar, onları isə Qazax tərəfdən Andronikə qarşı vuruşma olarsa Haqqıxlılar mühafizə edəcəklər. Lakin erməni öz erməniliyini göstərdi –az bir müddət keçməmiş elə Çarxaç kəndindən olan erməni dığaları Haqqıxlıda və bütün Dilican və Qaraqoyunlu kəndlərində böyük hörmətə malik olan Molla Nəbi Fətəli oğlunu atəş açaraq qətlə yetirdilər. Çarxaç ermənilərinə olan etibar artıq aydın idi. Digər kəndlərin əhalisi artıq qaçıb getmişdi. Çarxaclılara arxayın olan haqqıxlılar gecikmişdilər. Andronikin dəstəsi Dilcanda, Çarxaçda onu lazımi qaydada qarşılamayan ermənilərin özlırinə divan tutduqdan sonra Haqqıxlıya tərəf irəliləməyə başlayanda kənd əhalisinin bir hissəsi soyuqda dağlardan aşaraq Qazaxa qaçdı, əhalinin digər hissəsi isə hələ də çarxaçlı "dostlarına " ümidli idilər. Xəbər tutanda ki, artıq ümid yoxdur, Andronikin Çarxaç erməniləri də qoşulmuş quldurları dağ yolunu kəsmişdilər. Onlar haqqıxlıları (80–100 nəfər, kişi, qadın, uşaq) töyləyə doldurdular. Əvvəlcə özlərini elə göstərirdilər ki, heç nə etməyəcəklər. Bir az sonra bir-iki nəfərin başını kəsməyə başlayıblar. Bu zaman haqqıxlılardan üç nəfər cavan oğlan qaça biliblər, lakin onlardan Hacı adlı biri geri, ailəsinin yanına qayıtmaq istərkən ermənilər onu töylədən bir qədər aralıda öldürürlər. Sonra töyləyə bomba ataraq hamını qətlə yetirirlər. Hadisənin necə baş verdiyini qaçıb sağ qalan iki nəfər danışab. Bir ildən sonra kəndin sağ qalan əhalisi yenidən Haqqıxlıya qayıdıb. Tövlədə ölənlərin yalnız biri-birinə qarışan sümükləri qalıbmış. Onların hamısı bir qıbirdə dəfn edilir, lakin qəbirə baş daşı qoymağa, ölənlərin adlarının yazılmasına Sovet Ermənistanı hökuməti icazə verməmişdi. Maraqlı odur ki, kənd əhalisi geri qayıdandan sonra kənddə erməni ailəsi olmaya-olmaya kənd soveti vəzifəsinə Hamayaq adlı bir ermənini qoyurlar. Qaçanlardan biri nə qədər deyirsə də ki, Andronikin quldurlarından biri bu Hamayaq idi, heç kəs onu eşitmir, Hamayaq isə onu dəli adlandırır.
Xarici keçidlər
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Ələsgər Mehdiyev, Amil Əhmədov, Fuad Nəbiyev. "Oğuz yurdu Haqqıxlı". Bakı, "Adiloğlu", 2016