Haqqın dərgahı (film, 1991)

Haqqın dərgahı
Janr sənədli film
Rejissor Hatəm Əsgərov
Ssenari müəllifi Məmməd İsmayıl
Operator Rəfael Salamzadə
İstehsalçı "Debüt" Yaradıcılıq Birliyi
İlk baxış tarixi 1991
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan
İl 1991
Texniki məlumatlar 2 hissə
560 metr
35 mm
Rəng rəngli

Məzmun

Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır.

Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, BalakənAğdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur.

Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır.

Film haqqında

Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Hatəm Əsgərov
Ssenari müəllifi: Məmməd İsmayıl
Operator: Rəfael Salamzadə
Səs operatoru: Əsəd Əsədov
Mətni oxuyan: Rasim Balayev
Azərbaycan Mədəniyyət Nazirliyi

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.