Haqi qəsri

Haqi qəsri (萩城, Haqi-co)Yaponiyanın Yamaquçi prefekturasının Haqi şəhərində mövcud olmuş qəsr. Meyci islahatından sonra 1874-cü ildə sökülmüşdür. 2015-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına salınıb.

Haqi qəsri
萩城
Haqi  (Yaponiya Yaponiya)
Qəsrin qalıqları.
Haqi qəsri (Yaponiya)
Haqi qəsri
Yer haqqında informasiya
OperatorMori klanı
Tikinti yerinin tarixi
Tikilib1604-1606
İstifadə illəri1606-1874
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Qəsr 1604-1606-cı illərdə Çoşu hanının idarəçisi olan Mori klanı tərəfindən tikdirilmişdir. Mori klanının 14 nəsli bu qəsrdə yaşamışdır. Mori klanı imperator hakimiyyətinə güclü dəstək verməsi ilə tanınırdı[1]Meyci islahatından sonra 1874-cü ildə Haqi qəsrini könüllü şəkildə sökmüşdür. Qəsrin samurayları işsiz qalsa da, klan onlara fermer olmağı və meyvə yetişdirməyi tövsiyə etmişdir.[2]

Haqinin keçmiş samuray ailələrinin bir çox davamçısı qədim divarların arxasındakı samuray məhəllərinə yaşamağa davam edir.[3]

Quruluşu

Qəsrin bir hissəsi adada yerləşirdi, bir tərəfi körfəzə, bir tərəfi çay və xəndəyə baxırdı. Qəsrin arxasında bir müşahidə qülləsi yerləşirdi.[1]

Qəsrin tenşusu beşmərtəbəli idi və daxili xəndəyin kənarında yerləşirdi. Birinci mərtəbəsi şimaldan cənuba 16,2 metr, şərqdən cənuba 19,8 metr ölçülərində idi. Sonuncu mərtəbəsi isə 6,2x5,3 metr ölçülərində idi. Tenşunun ümumi hündürlüyü isə 14,3 metr idi.[1]

Qəsrin sadəcə daxili meydanının divarları və daxili xəndəyi salamat qalıb. Qalan hissələri məhv olub. Tenşunun bünövrəsi və sütunlar üçün istifadə olunmuş daşları da görmək mümkündür. Daxili divarlar boyunca uzanan və xəndəyə tərəf baxan daş pillələrin izləri qalmışdır.[2]

İstinadlar

  1. Schmorleitz, 1974. səh. 142
  2. Schmorleitz, 1974. səh. 143
  3. Schmorleitz, 1974. səh. 144

Ədəbiyyat

  • Schmorleitz, Morton S. Castles in Japan. Tokyo: Charles E. Tuttle Co. 1974. 65–68. ISBN 0-8048-1102-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.