Haput

HaputAzərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd.

Haput
41°08′34″ şm. e. 48°11′40″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 505 (2009) nəfər
Rəsmi dili Azərbaycan dili
Haput xəritədə
Haput
Haput
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Haput kəndində qədim qəbristanlıq

Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi.[1]

Toponimikası

Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan qrızların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Azərbaycan dilinin dialektlərində həm hapıtdı, həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir.[2]

Əhalisi

Kəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən haputlular təşkil edir. Haputlular Azərbaycanın milli etnik nümayəndələridir. Haputlularin ana dili haput dilidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 505 nəfər əhali yaşayır.[3] 2016-cı ilin dekabr ayına olan məlumata görə Haput kəndində 95 ev var.[4].

Əhalinin məşquliyyəti 1950 illərə qədər əkinçilikə olmuşdur. Sonradan heyvandarlıq kalxozları yaradılmışdır. Hal hazırda kənd əhalisi heyvandarlıqla məşğuldur.

Təhsili

  • Kənddə ibtidai məktəb fəaliyyət göstərir.

İqtisadiyyatı

Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqdа, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.223.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. Qudyalçay donub - Fotolar Arxivləşdirilib 2016-12-27 at the Wayback Machine. qafqazinfo.az, 23.12.2016  (az.)

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.