Hans fon Bülov

Hans Qvido fon Bülov (8.1.1830, Drezden – 12.2.1894, Qahirə) — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı.

Hans Qvido fon Bülov
alm. Baron Hans Guido von Bülow
Hans Bülov
Hans Bülov
Ümumi məlumatlar
Doğum adı Hans Guido von Bülow
Doğum tarixi
Doğum yeri Drezden
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Qahirə
Dəfn yeri
  • Olsdorf qəbiristanlığı[d][1]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, dirijor, bəstəkar, musiqi yazıçısı
Janr klassik musiqi
Musiqi aləti piano
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

F. Vik (fp.), M. Ebervayn (musiqi nəzəriyyəsi) və M. Hauptmandan (kontrapunkt) dərs almışdır. Musiqi təhsilini F. Listin (1851–53, Veymar) yanında bitirmiş, tezliklə onunla qohum olmuşdur (1857–69 illərdə Listin qızı Kozima ilə evli idi). 1853-cü ildə ilk dəfə pianoçu kimi çıxış etmişdir. Bütün həyatı boyu Avropa ölkələrində və ABŞ-də (1875–76 illərdə burada 139 konsert vermişdir) qastrol səfərlərində olmuşdur. R. Vaqner musiqisinin pərəstişkarı idi: Münxendə II Lüdovikin sarayında işləyərkən (1864–69) ilk dəfə onun “Tristan və İzolda” (1865), “Nürnberq meysterzingerləri” (1868) musiqili dramlarını tamaşaya qoymuşdur. 1877–80-ci illərdə Hannoverdə saray kapelmeysteri olmuşdur.

Fəaliyyəti

Vyana klassiklərinin və Vaqnerin əsərləri ilə yanaşı Bülovun repertuarında fəal surətdə təbliğ etdiyi İ. Bramsın musiqisi də mühüm yer tuturdu (ilk dəfə 1885-ci ildə onun 4-cü simfoniyasını ifa etmişdir). Novatorçu dirijor olan Bülov ilk dəfə partiturasız dirijorluq etmiş, orkestrə 5-simli kontrabas və pedallı litavralar daxil etmişdir; Mayningendə saray orkestrinin rəhbəri (1880–85) olarkən musiqiçilərə ayaq üstə və nota baxmadan çalmağı məsləhət görmüşdü. U. Şekspirin “Yuli Sezar” faciəsinə yazılmış musiqinin (1867), “Nirvana” simfonik poemasının (1866), “Müğənninin qaçışı” orkestr balladasının (1863) müəllifidir. Bülovun virtuoz fortepiano əsərləri üslub cəhətdən Listin əsərlərinə yaxındır. Mübahisə xarakterli məqalələri çox vaxt kəskin tonu ilə seçilmişdir. İ.S. Bax, L. van Bethoven, F. Şopen, K.M. fon Veber və b.-nın əsərlərinin redaktoru olmuşdur.[2]

İstinadlar

  1. http://www.friedhof-hamburg.de/ohlsdorf/prominente/b/.
  2. Bülov// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 149.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.