Hans Geyger

Hans Vilhelm Geyger (30 sentyabr 1882[1][2][…], Noyştadt-an-der-Vaynştrase[d][3]24 sentyabr 1945[1][4][…], Potsdam, İşğal Almaniyası[3]) — alman fiziki, Berlin Elmlər Akademiyasının üzvü. Erlangen, Münhen və Mançester universitetlərində təhsil almışdır. Ernest Rezerfordun şagirdi olub.

Hans Geyger
alm. Hans Geiger
Doğum adı Johannes Wilhelm Geiger
Doğum tarixi 30 sentyabr 1882(1882-09-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 sentyabr 1945(1945-09-24)[1][4][…] (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Qrünvald qəbiristanlığı[d]
Elm sahəsi fizika
Elmi dərəcələri
İş yerləri
Təhsili
  • Erlangen-Nürnberq Universiteti[d]
Elmi rəhbərləri Ernest Rezerford
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1908-ci ildə elektronun yükünü ölçmüş və Rezerfordla birlikdə ayrı-ayrı yüklü zərrəcikləri qeyd edən cihaz ixtira etmişdir. 1909–10-cu illərdə Rezerfordun rəhbərliyi ilə metal folqada alfa-zərrəciklərin səpilməsini tədqiq etmiş və onların bir hissəsinin 90° bucaqdan artıq meyilini təyin etmişdir. Bu fakt Rezerfordun atom nüvəsini kəşf etməsində mühüm rol oynamışdır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.