Hans-Ulrix Rudel
Hans-Ulrich Rudel (2 iyul 1916[1][2][…] – 18 dekabr 1982[1][2][…], Rozenxaym, Bavariya[3]), İkinci Dünya müharibəsi dövründə Alman bombardmançı təyyarə pilotu olmuşdur.
Hans-Ulrix Rudel | |
---|---|
alm. Hans-Ulrich Rudel | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1916[1][2][…] |
Vəfat tarixi | 18 dekabr 1982[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Qoşun növü | Lüftvaffe |
Xidmət illəri | 1936-cı ildən |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
2 iyun 1916-cı ildə Konradsvaldauda anadan olmuş, 4 dekabr 1936-cı ildə isə Almaniya Hərbi Hava Qüvvələrinə daxil olmuşdur. 1938-ci ilin iyun ayında isə zabit və baş kursant kimi Qraz ben/Sturzkampfgeschwader 168-in tərkibinə daxil olmuşdur. Rudel çox çətin olan yeni texnikaları öyrənmiş, məhz buna görə də 1 yanvar 1939-cu ildə döyüş uçuşları üçün yararlı hesab edilərək əməliyyat kəşfiyyatı hazırlığı məqsədilə Hildesheim Kəşfiyyat Uçuşları Məktəbinə göndərilmişdir. Həmin tarixdə ona leytenant hərbi rütbəsi verilmişdir. Təlimini başa çatdırdıqdan sonra Prenzlau de Fernaufklärungsgruppe 121-ə (Uzun Məsafəli Kəşfiyyat Qrupu) təyin olunmuşdur.
İkinci dünya müharibəsinin əvvəllərində baş vermiş olan Polşa kampaniyası zamanı o, Breslaudan Polşa üzərində uzun məsafəli kəşfiyyat missiyaları (müşahidəçi kimi) məqsədilə uçmuşdur. Rudel 1939-cu il oktyabr ayının 11-də ikinci səviyyəli Dəmir Xaç medalına layiq görülmüşdür. Oberleutnant (ober-leytenant) rütbəsi ilə Britaniya müharibələrində iştirak etmişdir.
Rudel Almaniyanın Sovet İttifaqını işğal planı olan Barbarossa əməliyyatı zamanı — 23 iyun 1941-ci ildə həyata keçirilmiş olan ilk dörd döyüş əməliyyatında iştirak etmişdir. Nümayiş etdirmiş olduğu pilot bacarıqları rəhbərliyin diqqətini cəlb etmiş və ona 1941-ci il iyul ayının 18-də 1-ci dərəcəli Dəmir Xaç ordeni verilmişdir. 23 sentyabr 1941-ci ildə "Stuka" pilotu kimi o, Leninqrad vilayətindəki Kronştadt limanına edilmiş olan hava hücumu zamanı sovet döyüş gəmisi olan "Marat"ı batırmışdır. Sözügedən döyüş gəmisi 1000 kiloqramlıq bomba ilə vurulmuşdur.
Dekabrın ayının sonunda, artıq o, həyata keçirmiş olduğu 400 təyyarə uçuşuna görə 1942-ci ilin yanvar ayında Cəngavər Xaçı ordeninə layiq görülmüşdür.10 fevral 1943-cü il tarixində isə Rudel artıq həyata keçirmiş olduğu 1000 uçuş ilə bu rekorda imza atmış olan tarixdə ilk pilot olmuşdur. Onun 1943-cü ildə baş vermiş olan Kursk döyüşündən etibarən həmin ilin payızına qədərki dövr ərzində 100 tankı məhv etdiyi iddia edilmişdir.
1944-cü ilin noyabr ayında o, omba nahiyəsindən yaralanmış, ayağı gipsə salınmış, lakin o ayağı gipsdə olaraq belə sonrakı missiyalarında uçmağa davam etmişdir.
8 fevral 1945-ci ildə 40 mm-lik mərmi parçası onun idarə etmiş olduğu təyyarəyə dəymişdir. Bu hadisə nəticəsində sağ ayağından ağır yaralanmış və alman mövqelərinə qəza enişi etmişdir. Onun həyatını xilas etmək üçün bərabər uçduğu Dr. Ernst Gadermann onun qanaxmasını dayandırmış və Rudelin ayağını dizdən aşağı amputasiya etmişdir.
25 mart 1945-ci ildə əməliyyatlardan geri qayıtmış və müharibənin axırına qədər daha 26 düşmən tankını məhv etdiyi iddia edilmişdir.
İkinci dünya müharibəsinin demək olar ki, bütün cəbhələrində xidmət etmiş və bu döyüşlər zamanı düşmənin 7 döyüş təyyarəsini vurmuşdur. Lakin o, əsl şöhrətini istifadə etmiş olduğu Ju 87 tipli döyüş təyyarəsi ilə Şərq Cəbhəsində quru hədəflərinə etdiyi hücumlar ilə əldə etmişdir.
Ümumilikdə çıxmış olduğu 2530 missiya uçuşu nəticəsində 519 rus tankını, 1 döyüş gəmisini, 1 esminesi, 70 qayığı, 800-dən çox motorlu nəqliyyat vasitəsini və 150-dən çox topu məhv etmişdir. Bunlardan əlavə olaraq rusların bir sıra sabit hədəflərinə də böyük zərər vurmuşdur.
Stalin tərəfindən başına 100.000 rubl mükafat qoyulmuş olan Hans Ulrix Rudel, müharibənin sonunda Sovet qüvvələrinin əlinə keçməmək qərarına gəlmiş və 8 may 1945-ci ildə ABŞ qüvvələrinə təslim olmuşdur. O, on bir ay müddətində hərbi düşərgələrdə əsir kimi saxlanılmışdır. Daha sonra isə amerikalılar tərəfindən azad edilmiş və 1948-ci ildə Argentinaya köçmüşdür.
Müharibədən sonrakı dövrdə
Müharibədən sonrakı dövrdə o, Cənubi Amerikaya köçərək burada bir müddət Argentina prezidenti olmuş Xuan Peronun və Üçüncü Reyxə heyran olan Paraqvay diktatoru Alfredo Stroessnerin yaxın dostu və sirdaşı olmuşdur. Bir ayağı olmasa da, tennis və xizək sürərək aktiv bir idmançı olmuş və hətta Amerika qitəsinin ən hündür zirvəsi olan Akonkaquaya (6,962 metr və ya 22,841 fut) belə qalxmışdır. O bu yerlərə səfəri zamanı, məşhur nasist konsentrasiya düşərgəsinin həkimi və müharibə cinayətkarı olan Jozef Mengele ilə görüşmüşdür.
1953-cü ildə Qərbi Almaniyaya qayıtdıqdan sonra, neonasist fəaliyyətlərdə iştirak etmiş və millətçi siyasi partiya olan Alman Reyx Partiyasının (Deutsche Reichspartei) aparıcı üzvlərindən biri olmuşdur. Almaniyaya qayıtmazdan əvvəl o, 1949-cu ilin noyabr ayında Buenos-Ayresdə Dürer-Verlaq tərəfindən nəşr olunan Trotzdem ("Bununla belə" və ya "hər şeyə baxmayaraq") adlı müharibə gündəliyini nəşr etdirmişdir. Rudel çox tanınmış bir nasist olduğuna görə onun kitabının nəşrinə icazə verilməsi Almaniyada mübahisələrə səbəb olmuşdur. Kitabda o, nasional sosializm siyasətini dəstəklədiyini bildirirdi. Bu kitabın üstündə daha sonra yenidən redaktələr edilərək, "Almaniyanın Sovet İttifaqına hücumunu dəstəkləyən Stuka Pilotunun xatirələr kitabı" adı altında ABŞ-də geniş çapı həyata keçirilmişdir.
Hans-Ulrix Rudel müharibədən sonrakı dövrdə Almaniyada çox böyük müvəffəqiyyətlər əldə etmiş olan bir iş adamı olmuşdur. 1976-cı ildə Rudel qalmaqalında iştirak etmiş olan iki yüksək rütbəli Bundesver generalı Karl Heinz Franke və Valter Krupinski erkən təqaüdə çıxmağa məcbur olmuşdurlar.
1958-ci ildə xatirələrini "Stuka Pilotu" adı ilə nəşr etdirmiş olan Rudel 1982-ci ilin dekabr ayının 18-də Rosenheimdə vəfat etmişdir. 22 dekabr 1982-ci il tarixində isə Dornhauzendə dəfn edilmişdir. Onun dəfn mərasimində iştirak edən insanların nasist salamı verərkən fotoşəkilləri çəkilmişdir və məhz buna görə onlar nasist simvollarının nümayişini qadağan edən qanun çərçivəsində yoxlanılmışdırlar.
İkinci dünya müharibəsi dövründə Alman Ordusunda alına bilinməsi mümkün olan ən yüksək medal hesab edilən Qızıl palıd yarpaqları, qılıncları və brilyantları olan Cəngavər Dəmir Xaçı (Ritterkreuz des Eisernen Kreuzes mit goldenem Eichenlaub, Schwertern und Brillanten) ordeni yalnız bir nəfərə — Hans-Ulrix Rudelə verilmişdir.
Hans-Ulrix Rudel ilə əlaqədar olan rəsm qalereyası
- İstifadə etmiş olduğu Junkers Ju 87 ("Handkurbel"li)
İstinadlar
- Bibliothèque nationale de France Hans Ulrich Rudel // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Hans U. Rudel // Babelio (fr.). 2007.
- Deutsche Nationalbibliothek Record #118603655 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.