Han Solo: Ulduz müharibələri. Hekayələr

Han Solo: Ulduz müharibələri. Hekayələr[9] (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi.[10][11] Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas SuotamoPol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir.

Han Solo: Ulduz müharibələri. Hekayələr
ing. Solo: A Star Wars Story
Filmin kinoteatrlar üçün nəzərdə tutulmuş afişası.
Filmin kinoteatrlar üçün nəzərdə tutulmuş afişası.
Janr fantastika filmi[1], elmi-fantastika filmi[1], döyüş filmi, fentezi filmi[d]
Əsas mövzu Han Solo
Prodüserlər
  • Ketlin Kennedi[d]
Baş rollarda
Bəstəkarlar
İstehsalçı Lucasfilm
Distribütor Walt Disney Studios Motion Pictures[d], Disney+
İlk baxış tarixi 23 may 2018[1][4], 24 may 2018[5], 25 may 2018[6]
Müddət 135 dəq.
Büdcə 250.000.000 $[7]
Gəlir 392.924.807 $[8], 213.767.512 $[8], 16.473.217 $[8], 25.840.047 $[8]
Ölkə
Dil ingilis dili
Əvvəlki film Ulduz müharibələri: Sonuncu ceday
Rəng rəngli
IMDb ID3778644
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür. Ən azı 275 milyon dollarlıq istehsal büdcəsinə malik "Solo" indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biridir.

"Solo" 25 may 2018-ci ildə ABŞ-də yayımlanmış, ümumi mənzərədə müsbət rəylər almışdır. Tənqidçilər filmin aktyor heyətini, vizualları, musiqisini və döyüş səhnələrini yüksək qiymətləndirmiş, lakin onun kinematoqrafiyası və tonunu tənqid etmişdir.[12][13] Buna baxmayaraq, "Solo" dünya miqyasında cəmi 393,2 milyon dollar gəlir əldə edərək gəlir baxımından ən uğursuz "Ulduz müharibələri" filminə çevrilmişdir.[14][15][16]

İstinadlar

  1. Blanc J. AlloCiné (fr.). 1993.
  2. EMILIA CLARKE JOINS THE HAN SOLO STAND-ALONE FILM (ing.). // Starwars.com 2016.
  3. Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  4. http://www.imdb.com/title/tt3778644/releaseinfo.
  5. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  6. http://www.starwars.com/news/han-solo-smuggler-scoundrel-hero-new-star-wars-story-begins.
  7. http://jpbox-office.com/fichfilm.php?id=17413.
  8. Box Office Mojo (ing.). 1999.
  9. "Han Solo: Ulduz müharibələri. Hekayələr". Park Cinema (az.). 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  10. Takeuchi, Craig. "Solo: A Star Wars Story lifts off as a space Western while playing it safe". The Georgia Straight. May 25, 2018. May 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2018.
  11. Pabico, Jonathan. "Solo: A Star Wars Story is an entertaining space Western adventure". June 2, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2018.
  12. Bullard, Benjamin. "Solo: A Star Wars Story is a 'Kicky, Kinetic Heist Movie' for Some; Just 'So-So' for Other Critics". SyFy. May 15, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2018.
  13. Stone, Sam. "Solo: A Star Wars Story Turns Up Mixed Early Reviews". Comic Book Resources. May 15, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  14. Stefansky, Emma. "'Solo' Is Officially the First Star Wars Movie to Flop". Vanity Fair. June 3, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 6, 2018.
  15. Mendelson, Scott. "Box Office: 'Solo' Is A 'Star Wars' Disaster From Every Point Of View". Forbes. June 12, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2018.
  16. McClintock, Pamela. "'Solo' Will Lose $50M-Plus in First Defeat for Disney's 'Star Wars' Empire". The Hollywood Reporter. June 4, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.