Hamqyon-Pukto

Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları KilcuMyonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir.

Vilayət
Hamqyon-Pukto
kor. 함경북도

41°54′11″ şm. e. 129°24′29″ ş. u.


Ölkə
Daxildir Kvanbuk regionu
İnzibati mərkəz Çxoncin
Tarixi və coğrafiyası
Yaradılıb 1896
Sahəsi 16,824 km² (3-cü yer)
Saat qurşağı +8:30
Əhalisi
Əhalisi 2,327,362[1] nəfər (2008) (5-ci yer)
Əhalinin sıxlığı 138,34 nəfər/km² (5-ci yer)
Rəqəmsal identifikatorlar
ISO kodu KP-09
Hamqyon-Pukto xəritədə
Hamqyon-Pukto xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromuHveryon konsentrasiya düşərgəsi yerləşir. 2004-cü ildə Rason şəhəri vilayətin tərkibinə yenidən girmişdir. 2010-cu ildən bəri Rason şəhəri KXDR-ın birbaşa idarə olunan şəhərlərindən biridir.

Cənubi Koreyada yaşayan Şimali Koreya fərarilərin əksəriyyəti Hamqyon-Pukto vilayətindən gəlir. Buna görə də, vilayət və onun əhalisi Şimali Koreyanın ən yaxşı araşdırılmış mövzularından biridir.[2]

İnzibati bölgüsü

Hamqyon-Pukto 3 şəhərə və 12 qəzaya bölünmüşdür.[3] Daha sonra bunlar şəhərdən xaric olan ərazilərdə kəndlərə, şəhərdaxili ərazilərdə isə məhəllələrə bölünmüşdür.

Şəhərlər

Qəzalar

  • Hvason (kor. 화성군)
  • Kilcu (kor. 길주군)
  • Kyonson (kor. 경성군)
  • Musan (kor. 무산군)
  • Myonçxon (kor. 명천군)
  • Onson (kor. 온성군)
  • Oran (kor. 어랑군)
  • Puryon (kor. 부령군)
  • Kyonvon (kor. 새별군)
  • Indok (kor. 은덕군)
  • Yonsa (kor. 연사군)

Həmçinin bax

İstinadlar

  1. Pxenyan: KXDR Mərkəzi Statistika İdarəsi, 2008 Əhalinin siyahıya alınması Arxivləşdirilib 2010-03-31 at the Wayback Machine.
  2. Tertitskiy, Fyodor. "The flaws and biases in North Korean studies". NK News. 8 iyul 2016. 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2016.
  3. "Arxivlənmiş surət". 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.