Hamlet Hüseynov
Hamlet Abdulhəsən oğlu Hüseynov (9 may 1932, Salyan rayonu; 2 mart 2023, Bakı şəhəri) — Polkovnik, Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafisəsinin əsas təşkilatçılarından olmuş və Başkənd əməliyyatını həyata keçirmişdir.[1][2]
Hamlet Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan rayonu |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Dəfn yeri | Qurd Qapısı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1950-1996 |
Rütbəsi | Polkovnik |
Vəzifəsi | Respublika Hərbi Komissarının Müavini |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri | Silahlı Qüvvələr Veteranı, Birinci Qarabağ Müharibəsi İştirakçısı, Respublika Hərbi Komissarının Birinci Müavini, Ordu Korpusu Komandiri, Cəbhə Komandanı |
Həyatı
Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olmuşdur. O zaman kiçik Hamlet Hüseynovlar nəslində hərbçilər sülaləsinin əsasını qoymuş əmisi, İkinci dünya müharibəsinin qəhrəmanı, rus-fin savaşının polk komandiri, Qırmızı Bayraq ordenli polkovnik Əlinağı Hüseynovun ibrətamiz ömür yolu ilə yeniyetmə çağlarından həmişə öyünürdü. Tale elə gətirdi, sovet dönəmində o da polkovnik rütbəsinədək yüksəldi, Azərbaycanın bir sıra bölgələrində — Gədəbəydə, Tovuzda, Sumqayıtda, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etdi, respublika hərbi komissarının müavini oldu. Polkovnik Hamlet Hüseynovun xatirələrindən: "Nəslimizi Şirvandan konkret surətdə hansı güclü zəlzələ perik salıb, heç kəs bilmir. Bunu mən atam Məşədi Əbdülhəsəndən, o da ata-babalarından öyrənib. 1942-ci ildə bizim ailə İsmayıllıya köçdü. Mən orta məktəbi zəngin, əsrarəngiz təbiətə malik İsmayıllı rayonunda bitirdim və 1950-ci ildə tərəddüd etmədən Bakı Piyada Hərbi Məktəbini seçdim. Daha sonra Gəncədə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alsam da, hərbi sahə saqqızımı oğurladı. Çünki Hüseynovların bir neçə nümayəndəsi — Qüdrət Hüseynov, İzzət Hüseynov, Məmmədhəsən Hüseynov, polkovnik Əlinağı Hüseynov və başqaları yenicə başa çatan sovet-alman müharibəsində rəşadət göstərmişdilər. Salyanda, İsmayıllıda bunu hamı bilir, nəslimizin hərbçi məharətini yüksək qiymətləndirirdilər. Bu, həm şərəf idi, həm də məsuliyyət. Və beləliklə, bu yolu sevə-sevə davam etdirdim, sələflərimə oxşamağa çalışdım". O, Sumqayıt şəhəri daxil Azərbaycanın bir sıra bölgələrində – hərbi komissarlıqlara rəhbərlik edib. Həmçinin Azərbaycan Respublikasının hərbi komissarının 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb. Hamlet Hüseynov 2023-cü il 3 mart tarixində 91 yaşında dünyasını dəyişmişdir.[3][4]
Hərbi fəaliyyəti
Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafisəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov Azərbaycanın bir sıra bölgələrində: Gədəbəy, Tovuz, Sumqayıt, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarınin 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb.
1962–1964-cü illərde Gədəbəydə, 1964–1970-ci illerdə isə Tovuzda hərbi komissar kimi fəaliyyət göstərmişdir. Bundan sonra dörd il Sumqayıt şəhərinin, beş il isə Bakının Nəsimi rayonunun hərbi komissarı olmuşdur. Nəhayət, 1979-cu ilin oktyabrından 1986-cı ilin iyun ayına kimi Azərbaycan Respublikası Hərbi Komissarlığında I hissənin rəisi, Respublika Hərbi komissarının müavini vəzifəsində çalışmışdır. 1986-cı ilde hemin vezifədən ehtiyata buraxılmışdır. 36 illik hərbi heyat yolu belə olmuşdur.
Təltifləri
İki dəfə Azerbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, həmçinin SSRİ Müdafiə Nazirliyi tərəfindən II medalla, 1982-ci ildə ise SSRİ Ali Soveti Rəyasət Heyeti tərəfindən Qırmızı Ulduz ordeni ile təltif olunmuşdur. 1962–1980-ci illərdə Respublikanın müxtəlif rayon ve şəhər sovetinin deputatı seçilmişdir.[mənbə göstərin]
İstinadlar
Məşhur polkovnik Hamlet Hüseynov vəfat etdi.<ref>
"Polkovnikin Andı", Müzəffər Məlikməmmədov, 1998
"Salyanın Tanınmış Ziyalıları", İbrahim Hüseynov, 2007
- "Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafisəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov vəfat edib". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
- "Azərbaycan Respublikasının məşhur polkovniki Hamlet Hüseynov vəfat etdi - FOTO". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
- "Xatirəyə çevrilən ömür yolu". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
- "Birinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən Azərbaycan xalqının igid oğlu, hərbçilər sülaləsinin layiqli davamçısı, peşəkar hərbçi Hamlet Hüseynov". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.